Rio-2016-da ölən məşqçi dörd nəfərə həyat verdi
Rio-2016 Olimpiya Oyunları zamanı həlak olan avarçəkmə üzrə Almaniya Olimpiya komandasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub.
18 Avqust 2016 14:12 İdmanRio-2016 Olimpiya Oyunları zamanı həlak olan avarçəkmə üzrə Almaniya Olimpiya komandasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub.
Goal.az xəbər verir ki, o, ürək, qaraciyər və iki böyrək donoru olub. Məşqçinin orqanları uğurlu şəkildə digər dörd nəfərə köçürülüb.
Xatırladaq ki, almaniyalı mütəxəssis Rioda ağır yol qəzasına düşüb. Həkimlər ağır kəllə-beyin travması alan Ş.Hentsenin həyatını xilas edə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31