Penitensiar müəssisələrdə cəza çəkənlər də referendumda iştirak edəcək
“Penitensiar müəssisələrdə cəza çəkənlər də referendumda iştirak edə biləcəklər”.
18 Avqust 2016 13:50 Sosial"Penitensiar müəssisələrdə cəza çəkənlər də referendumda iştirak edə biləcəklər".
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycanın penitensiar müəssisələri cəza çəkənlərin hüquqlarının müdafiəsi baxımından xeyli proqressivdir:
"Bir çox Avropa ölkələrində, ABŞ-ın bəzi ştatlarında bu şəxslərin seçkilərdə iştirak hüququ yoxdur. KİV və müxtəlif missiyaların nümayəndələri müvafiq daxil olma qaydalarına əməl etməklə seçki prosesini izləyə biləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31