Rusiyanın 2 bankı bağlandı

Rusiya Mərkəzi Bankı (RMB) daha 2 kommersiya bankının lisenziyasını ləğv edib.

Rusiya Mərkəzi Bankı (RMB) daha 2 kommersiya bankının lisenziyasını ləğv edib.

Report bildirir ki, söhbət Pyatiqorsk vilayətindəki "QRiS-bank"dan və Buryatiya vilayətindəki "Baykalbank"dan gedir.

RMB bankların bağlanmasının səbəblərinə aydınlıq gətirib. Qurumun açıqlamasında görə, "QRiS-bank" bank fəaliyyətini tənzimləyən federal qanunlara və normativ aktlara əməl etməyib, pul vəsaitlərini aşağıkeyfiyyətli aktivlərdə yerləşdirib və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmayıb. Bundan başqa, bank cinayət yolu ilə əldə edilmiş və terrorçuluğu maliyyələşdirmək məqsədi daşıyan pulların leqallaşdırılmasına qarşı lazımi tədbirlər görməməkdə ittiham olunur. "Baykalbank" isə məcmu kapitalı minimum tələbə cavab vermədiyi üçün lisenziyadan məhrum edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31