Gündəm
Qırğızıstanda fəaliyyət göstərən terror təşkilatının lideri saxlanılıb
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkədə fəaliyyət göstərən terror təşkilatının liderini saxlayıb.
Azərbaycanın ən titullu ağırlıqqaldıranından dopinq aşkarlanıb
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. "Report"un IWF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də var.
Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı bu ay yekunlaşacaq
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı avqustun 30-da yekunlaşacaq.
Türkiyə ordusu Suriyada İŞİD-in 80-dən artıq istehkam və düşərgəsini məhv edib
Türkiyə Silahlı Qüvvələrinin artilleriya və aviasiyası Suriyanın Keklice Cerablus rayonunda terrorçu İŞİD qruplaşmasının 80-dən artıq istehkam və düşərgəsini məhv edib.
ABŞ-ın vitse prezidenti Türkiyəyə səfər edib
ABŞ prezidentinin müavini Co bayden Türkiyəyə səfər edib.
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, avqustun 24-də Alabaşlı – Gəncə mənzilində 7 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Gülən dalğası Azərbaycan XİN-i də vuracaq
XXI əsrin 100 ən yaxşı filminin siyahısı açıqlanıb
Böyük Britaniyanın BBC radiosu XXI əsrin ən yaxşı 100 filminin siyahısını hazırlayıb.
XİN: İtaliyada zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
İrandan gələn şəxsin üzərindən marixuana aşkar edilib
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.














