XİN: İtaliyada zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
24 Avqust 2016 11:30 Sosialİtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyi bu məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.
Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə azı 14 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31