Türk ordusu Suriyaya girdi: İŞİD-in başı əzilir - YENİLƏNİB

Türkiyənin Silahlı Qüvvələri və Suriyada prezident Bəşər Əsəd rejiminin qoşunları ilə yanaşı terrorçulara qarşı vuruşan Koalisiya Qüvvələrinin hərbi tiəyyarələri Suriyanın Hələb şəhərinin yaxınlığındakı Cerablusda əməliyyata başlayıb.Milli.Az DHA-ya istinadən bildirir ki, əməliyyatın məqsədi Cerablusun "İraq və Şam İslam Dövləti" (İŞİD) terorçularından təmizlənməsi, Suriyanın ərazi bütövlüyünü qorumaqdır.Əməliyyat bu gün yerli vaxtla səhər saat 4 radələrində Türkiyə sərhədindən artilleriya və raket atışları ilə başlayıb. 5 dəqiqə sonra Türkiyə ordusunun xüsusi təyinatlı dəstələri Suriya ərazisinə girib. 04.45-də artilleriya atəşləri dayandırılıb. 63 hədəfə 224 dəfə atəş açılıb.Havadan zərbələrsə 06.08-də başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31