Gündəm

“Xüsusi iqtisadi zonaların yaranmasıına mane olan səbəblər var”

24 Avqust 2016 12:35

“Ölkəmizdə 10 ilə yaxındır ki, “Azad iqtisadi zonalar” haqqında qanun qəbul edilib. Amma buna baxmayaraq, hazırda  Dövlət başçısının sərəncamı ilə ölkəmizdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli ilk xüsusi iqtisadi zonanın yaradılması üzərində işlər gedir. Hesab edirəm ki, bu zona 1 ilə fəaliyyətə başlayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Rusiyadan Ukraynaya kəskin addım  cinayət işi

24 Avqust 2016 12:33

Rusiya İstintaq Komitəsi Ukraynanın müdafiə naziri  Stepan Poltoraka, Baş qərargah rəisi Viktor Mujenko və bir sıra digər yüksək çinli hərbçilərə cinayət işi açıb. SİA bu barədə RİA-Novosti agentliyinə istinadən xəbər verir.

“Vitse-prezidentlik institutu daha uğurlu və çevik siyasət gətirəcək”

24 Avqust 2016 12:32

“Bu gün ölkəmiz daha böyük geosiyasi dövlətə çevrilib. Azərbaycan Konstitusiyasına təklif edilən dəyişiklikləri də ölkəmizin inkişafının davamı kimi qiymətləndirmək olar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Hicran Şərifov: "Ədalətli hakim olmalısan ki, kənara atılmayasan"

24 Avqust 2016 12:31

“Rio-2016” Yay Olimpiya Oyunlarında hakimlik zamanı heç bir sıxıntı və həyacanım yox idi. Böyük qürur və fəxrlə üçüncü dəfə Azərbaycanı hakim kimi olimpiya oyunlarında təmsil etdim”.SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Olimpiya dərəcəli güləş hakimi Hicran Şərifov deyib.

Suriyada Türkiyə xüsusi təyinatlılarına rəhbərlik edən generalın adı açıqlanıb

24 Avqust 2016 12:28

Türkiyə xüsusi təyinatlılarına Suriyada rəhbərlik edən generalın adı açıqlanıb.

Nizami Paşayev: "Dopinq-testdən keçə bilməməyimin səbəbkarı Vahid Nəzərovdur"

24 Avqust 2016 12:26

 Azərbaycanın ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilmədiyinə dair Beynəlxalq Ağırllıqqaldırma Federasiyasının (IWF) rəsmi açıqlamasına münasibət bildirib. Keçmiş idmançı "Report"a müsahibəsində dopinq qəbul etməsindən xəbərsiz olduğunu söyləyib. 

Baş nazir: “Müsəlman icmasının güclənməsini istəmirik”

24 Avqust 2016 12:15

Çexiya hakimiyyəti ölkədə güclü müsəlman icmasının yaranmasını istəmir.

ABŞ Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyata dəstək verib

24 Avqust 2016 12:13

ABŞ hökuməti Türkiyə ordusunun Suriyada Cerablus şəhərini İŞİD terrorçularından azad etmək üçün başlatdığı hərbi əməliyyata münasibət bildirib.

ARGTMŞ-ın məşvərətçi statusu uzadıldı

24 Avqust 2016 12:11

ARGTMŞ-ın məşvərətçi statusu BMT-nin İqtisadi və Sosial Şurasının Qeyri-Hökümət Təşkilatları komitəsinin tövsiyəsi və BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə uzadılıb.

Milli-mədəni dəyərlər internet mediada təbliğ ediləcək

24 Avqust 2016 12:09

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ““Milli-mədəni dəyərlərin internet mediada təbliği” - www.CultNews.az layihəsinə start verib.

Mübariz Qurbanlı Qazaxda vətəndaşları qəbul edəcək

24 Avqust 2016 12:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Ermənilər atəşkəsə əməl etmir

24 Avqust 2016 12:07

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Şotlandiyalı azarkeşlər Fələstinə yardım edəcək

24 Avqust 2016 12:04

Şotlandiyanın "Seltik" futbol klubunun azarkeşləri Fələstinə yardım edəcək. "Report"un məlumatına görə, artıq azarkeşlər bununla bağlı pul da toplayıb.

Uşaqların peyvənd təqvimində dəyişiklik ediləcəkmi?

24 Avqust 2016 12:03

Azərbaycanda yaxın müddətdə peyvənd təqvimində dəyişikliyin edilməsi hələ nəzərdə tutulmayıb.

Azərbaycan, Qazaxıstan, Gürcüstan yük daşımaları tariflərinin azaldılmasını müzakirə edib

24 Avqust 2016 12:02

Astanada Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yol administrasiyaları rəhbərləri ölkələrin yük göndərənləri, iri operatorları və iri şirkətləri ilə yüklərin daşınması üçün qarşılıqlı sərfəli əməkdaşlığı və əlverişli şəraiti müzakirə ediblər.