Baş nazir: “Müsəlman icmasının güclənməsini istəmirik”
Çexiya hakimiyyəti ölkədə güclü müsəlman icmasının yaranmasını istəmir.
24 Avqust 2016 12:15 DünyaÇexiya hakimiyyəti ölkədə güclü müsəlman icmasının yaranmasını istəmir.
Xarici KİV xəbər verir ki, bu barədə ölkənin baş naziri Boquslav Sobotka yerli mətbuata açıqlamasında deyib.
"Bizim güclü müsəlman icmamız yoxdur. Və açığı olmasını da istəməzdik".
Baş nazirin fikrincə, müsəlman miqrantların Avropa cəmiyyətlərinə adaptasiya olunması prosesi çətin gedir və problemlər doğurur.
Sobotka Almaniyanın miqrant siyasətini də səhv adlandıraraq Avropa Birliyinə çox sayda qanunsuz miqrantın daxil olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31