ARGTMŞ-ın məşvərətçi statusu uzadıldı

ARGTMŞ-ın məşvərətçi statusu BMT-nin İqtisadi və Sosial Şurasının Qeyri-Hökümət Təşkilatları komitəsinin tövsiyəsi və BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə uzadılıb.

ARGTMŞ-ın məşvərətçi statusu BMT-nin İqtisadi və Sosial Şurasının Qeyri-Hökümət Təşkilatları komitəsinin tövsiyəsi və BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə uzadılıb. "OLAYLAR"-ın xəbərinə görə, BMT-nin əsas orqanlarından biri olan İqtisadi və Sosial Şura (ECOSOC) hər biri 3 il müddətində fəaliyyət göstərən 54 üzvdən ibarətdir, üzvlər ildə iki dəfə bir araya gəlirlər. Şura 14 ixtisaslaşmış müəssisə, 10 funksional və 5 regional komissiyanı əlaqələndirmək, BMT-nin 11 fond və proqramından məruzə almaqla yanaşı, üzv dövlətlərə və BMT-yə daxil olan təşkilatlara proqram xarakterli tövsiyələr verir. ARGTMŞ 2002-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu əldə edib. Məşvərətçi statusu əldə etdikdən sonra hər 4 ildən bir təşkilat tərəfindən İqtisadi və Sosial Şuraya ARGTMŞ-ın fəaliyyəti ilə bağlı hesabat verilir və bununla məşvərətçi statusu uzadılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31