Hicran Şərifov: "Ədalətli hakim olmalısan ki, kənara atılmayasan"
“Rio-2016” Yay Olimpiya Oyunlarında hakimlik zamanı heç bir sıxıntı və həyacanım yox idi. Böyük qürur və fəxrlə üçüncü dəfə Azərbaycanı hakim kimi olimpiya oyunlarında təmsil etdim”.SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Olimpiya dərəcəli güləş hakimi Hicran Şərifov deyib.
24 Avqust 2016 12:31 İdman"Rio-2016" Yay Olimpiya Oyunlarında hakimlik zamanı heç bir sıxıntı və həyacanım yox idi. Böyük qürur və fəxrlə üçüncü dəfə Azərbaycanı hakim kimi olimpiya oyunlarında təmsil etdim".SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Olimpiya dərəcəli güləş hakimi Hicran Şərifov deyib.
O qeyd edib ki, üçüncü dəfə olimpiadada ədalət prinsiplərini qorumaq ölkəmizin, dövlətimizin, xalqımızın ədalətliliyi, düzgünlüyündən xəbər verir: "Olimpiya oyunlarının üçqat hakimi olduğuma görə fəxr edirəm. Bu, ümumilikdə ölkəmizdə idmana olan diqqət və qayğının təzahüründən, inkişafdan xəbər verir. Azərbaycan təmsilçisinin üçüncü dəfə olimpiadaya hakim kimi dəvət alması, 12 il mötəbər yarışlarda qalıb hakimlik etməsi ölkəmizin, dövlətimizin, xalqımızın ədalətliliyi və düzgünlüyündən xəbər verir. Ədalətli, düzgün hakim olmalısan ki, ilk dəfədən sıxılıb kənara atılmayasan".