İtaliyada güclü zəlzələ baş verib... bir şəhərin yarısı dağılıb, ölənlər var
24 Avqust 2016 09:58 Dünyaİtaliyada baş verən zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. İlkin məlumatlara görə, Amatricedə iki, Akkumoli şəhərində isə dörd nəfər ölüb. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş verib. Onda təxminən 300 nəfər həlak olmuşdur.
----------
İtaliyanın mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ baş verib.
TASS informasiya agentliyinin məlumatına görə, yeraltı təkanlar İtaliyanın mərkəzi vilayətlərinin sərhədində Terni şəhərində qeydə alınıb. Bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb. Məlumata görə yeraltı təkanların episentri 50 km şimalda Lakuila və Ascoli Piceno şəhərindən təxminən 24 km qərbdə olub. Təbii fəlakət ocağı 2 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. Bu barədə şəhər meri Serdjo Pirocci Rai News 24 telekanalının efirində bildirib. O, deyib: "Şəhərə gedən əsas yollar fəaliyyət göstərmir, şəhərin yarısı dağılıb. İnsanlar dağıntılar altında qalıb. Sürüşmə baş verib, körpünün uçması mümkündür".
---------
İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib.
RİA Novosti-nin verdiyi məlumata görə, yeraltı təkanların episentri Lchr("39")Akuila şəhərindən 48 km şimalda olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.