Gündəm
Binəli Yıldırım: Viza ləğv edilməsə, Avropa ciddi miqrasiya problemi ilə üzləşəcə
Avropa İttifaqı oktyabrda Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsə, ciddi miqrasiya problemi ilə üzləşəcək. Trend "Haber Turk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
Məşhur rus müğənni səhnəyə Türkiyə bayrağı ilə çıxdı
Rusiyanın məşhur reper-müğənnisi Timati Türkiyənin Antalya şəhərinin Kəmər bölgəsində konsert proqramı ilə çıxış edib.
Moldovada Atatürkün büstü qoyulub
Türkiyənin Moldovanın paytaxtı Kişinyovdakı səfirliyinin qarşısında Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün büstü qoyulub.
Millət vəkili: "Mehriban xanım çoxları üçün örnəkdir"
“Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının ən görkəmli nümayəndələrindən biridir. Azərbaycanın birinci xanımının fəaliyyətini digər ölkələrinin birinci xanımları ilə müaqyisə etsək o zaman Mehriban xanım Əliyevanın xalqı, dövləti, milləti naminə daha fəal və geniş fəaliyyətə malik olduğunu görərik”. Bu fikirləri SİA-ya millət vəkili Gövhər Baxşəliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günü ilə bağlı danışarkən deyib.
“Vitse- prezdentlik institunun yaradılması mütərəqqi addımdır”
“Cəmiyyət inkişafı ilə yanaşı onu idarə edən dövlət qanunlarının da inkişaf etdirilməsi vacibdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
“Azərbaycan hər zaman Türkiyəyə dəstək verib”
“Azərbaycan hər zaman anti-teror əməliyyatlarına dəstək verən bir ölkə olub”. Bunu SİA-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyənin Suriyada başladığı əməliyyatlara Azərbaycanın hansı formada dəstək verə biləcəyini şərh edərkən deyib.
Moskvada bank əməkdaşlarını girov götürən erməni biznesmeni 15 il həbs cəzası gözləyir
Moskvada bank əməkdaşlarını girov götürən Aram Petrosyanı 15 il həbs cəzası gözləyir.
İranla sərhəddə narkotik vasitələr aşkarlanıb
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
İtaliyada avqustun 27-si matəm günü elan edilib
İtaliya hökuməti avqustun 24-də baş vermiş zəlzələ nəticəsində ölənlərin xatirəsini anmaq məqsədilə avqust ayının 27-ni matəm günü elan etmək qərarına gəlib.
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2581 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə,.Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2670-2665 metr intervaldan sutkalıq 20 ton neft və 4200 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
“Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.
Hicran Hüseynova İsmayıllıda vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulda Qobustan, Ağsu, Şamaxı, Qəbələ və İsmayıllıdan gələn vətəndaşlar iştirak edib. Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, təhsil, gender proqramı ilə əlaqədar məsələlər qaldırılıb, xüsusilə qadınlar üçün iş yerlərinin açılmasına, əlillik dərəcələrinin və ünvanlı sosial yardımların verilməsinə diqqətin artırılması xahiş edilib. İsmayıllıdakı Ailə və uşaqlara dəstək mərkəzi üçün binanın tikilməsi xahiş edilib. Qəbuldan sonra Komitə sədri bir qrup qadınla görüşüb, onları düşündürən məsələlər barədə söhbət aparıb, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin zəruriliyindən danışıb.
Ağdaş rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib
Avqustun 26-da Ağdaş rayonunun Hapıtlı kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə grə, 112 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 kilometrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Avtobus uçurumdan düşdü: 8 ölü, 18 yaralı - VİDEO
Türkiyədə sərnişin daşıyan avtobus uçurumdan aşıb.
Respublika stadionunun direktoru biabırçı ot örtüyü haqda
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yenidən yararsız vəziyyətə düşməsinin səbəbi açıqlanıb. Arenanın direktoru Şamil Quliyev "Report"a açıqlamasında ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.














