Məşhur rus müğənni səhnəyə Türkiyə bayrağı ilə çıxdı

Rusiyanın məşhur reper-müğənnisi Timati Türkiyənin Antalya şəhərinin Kəmər bölgəsində konsert proqramı ilə çıxış edib.

Rusiyanın məşhur reper-müğənnisi Timati Türkiyənin Antalya şəhərinin Kəmər bölgəsində konsert proqramı ilə çıxış edib.

Publika.az bildirir ki, rus müğənni səhnəyə əlində Türkiyə bayrağı ilə çıxıb.
 
"Club Aura" istirahət mərkəzində konsert verən Timati Türkiyə bayrağını dalğalandıraraq, bu ölkəni çox sevdiyini bildirib.
 
Konsert zamanı Timati populyar mahnılarını ifa edib.
 
Xatırladaq ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranan böhran zamanı müğənni Timati türklərin ünvanına aşağılayacı fikirlər səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31