İranla sərhəddə narkotik vasitələr aşkarlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin şəxsin mədəsindən 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31