Hicran Hüseynova İsmayıllıda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulda Qobustan, Ağsu, Şamaxı, Qəbələ və İsmayıllıdan gələn vətəndaşlar iştirak edib. Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, təhsil, gender proqramı ilə əlaqədar məsələlər qaldırılıb, xüsusilə qadınlar üçün iş yerlərinin açılmasına, əlillik dərəcələrinin və ünvanlı sosial yardımların verilməsinə diqqətin artırılması xahiş edilib. İsmayıllıdakı Ailə və uşaqlara dəstək mərkəzi üçün binanın tikilməsi xahiş edilib. Qəbuldan sonra Komitə sədri bir qrup qadınla görüşüb, onları düşündürən məsələlər barədə söhbət aparıb, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin zəruriliyindən danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirib. "OLAYLAR"-ın xəbərinə görə, qəbulda Qobustan, Ağsu, Şamaxı, Qəbələ və İsmayıllıdan gələn vətəndaşlar iştirak edib. Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, təhsil, gender proqramı ilə əlaqədar məsələlər qaldırılıb, xüsusilə qadınlar üçün iş yerlərinin açılmasına, əlillik dərəcələrinin və ünvanlı sosial yardımların verilməsinə diqqətin artırılması xahiş edilib. İsmayıllıdakı Ailə və uşaqlara dəstək mərkəzi üçün binanın tikilməsi xahiş edilib. Qəbuldan sonra Komitə sədri bir qrup qadınla görüşüb, onları düşündürən məsələlər barədə söhbət aparıb, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin zəruriliyindən danışıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31