Gündəm

Ölümə meydan oxudu, aşağı atıldı- VİDEO

9 Sentyabr 2016 12:33

"Atılanda çox qorxdum. Etiraf edim ki, öləcəyimi düşünürdüm".

Terror planlaşdıran 3 qadın həbs olundu, biri polisi bıçaqladı

9 Sentyabr 2016 12:31

Fransa polisi terror törətməyi planlaşdıran 3 şübhəli qadını həbs edib.

Rusiyada əxlaqsızlıq edən azərbaycanlı kişi tutuldu

9 Sentyabr 2016 12:29

Rusiyanın Krasnoyarsk əyalətinin hüquq-mühafizə orqanlarının mətbuat xidməti fahişəliklə məşğul olan kişinin saxlanılması faktını rəsmi olaraq təsdiqləyib. 

Ermənistan hökuməti istefa verdi

9 Sentyabr 2016 12:24

Ermənistan prezidenti Serj Sarkisyan baş nazir Ovik Abramyanın istefasını qəbul edib.

Stoltenberq: NATO Türkiyənin yanındadır

9 Sentyabr 2016 12:21

NATO Türkiyənin yanındadır və ona dəstək vermək üçün bütün zəruri köməyi göstərir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

9 Sentyabr 2016 12:20

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Qarabağ müharibəsi əlillərinin və iştirakçılarının, şəhid ailələrinin, eləcə də əmək veteranlarının bir qrupu ilə görüşüb. S.Mehbalıyev müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onların hər birini ayrı-ayrılıqda dinləyib, güzəranları, iş, məişət qayğıları ilə maraqlanıb.

Bakı metropolitenində qış qrafikinin tətbiqinə başlanılacaq

9 Sentyabr 2016 12:14

Sentyabrın 15-dən etibarən qatarların hərəkət intervalı pik saatlarda 2 dəqiqəyə endiriləcək. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

"Elmlər Akademiyası"nın əsas çıxışı vaxtından əvvəl açılacaq

9 Sentyabr 2016 12:13

"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir.

Fransannın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu “ekzit-poll” keçirəcək

9 Sentyabr 2016 12:12

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə 26 sentyabr 2016-cı il tarixdə baş tutacaq ümumxalq səsverməsində(referendumda) referenduma çıxarılan səsvermə ilə bağlı “Ekzit-poll” tədqiqatını həyata keçirəcəkdir. Tədqiqatın aparılması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi artıq ekzit-poll tədqiqatının hazırlığına başlamışdır.

Bakıda 6 otaqlı ev yanıb

9 Sentyabr 2016 12:09

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. “OLAYLAR” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb. Evin digər hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tbilisidə yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək

9 Sentyabr 2016 12:07

Sentyabrın 13-18-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi yığmamız böyük məşqçi Bəhrəm Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq. Heyətdə Zaur Əliyev (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Cavid Miralayev (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadı (85 kq) və Əli Əminzadə (100 kq) yer alıb. Sentyabrın 15-16-da yeniyetmə qızlar mübarizəyə qoşulacaq.

Cənubi Koreya ilə hərbi dəniz qüvvələri sahəsində əlaqələr inkişaf etdirilir

9 Sentyabr 2016 12:06

Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri Baş komandanının dəvəti ilə Koreya Respublikasına işçi səfər edib.

Ukraynalı rektor ASGA-da olub

9 Sentyabr 2016 12:04

Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru Pançenko Sergey Vladimiroviç Bakıda işgüzar səfərdədir. Səfər çərçivəsində rektor Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində təşkilatın idarə heyəti ilə görüşüb. Assosiasiyadan “OLAYLAR”-a bildirilib ki, görüşü giriş sözü ilə ASGA sədri Səbuhi Abbasov açaraq Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd edib. Bu istiqamətdə ASGA-nın müxtəlif layihələr həyata keçirdiyini deyən S.Abbasov gələcəkdə "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun keçiriləcəyini deyib. Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışıb. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən Sergey Vladimiroviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini deyib.

Həcc ziyarətinin təhlükəsizliyi yəhudilərə həvalə olundu

9 Sentyabr 2016 12:00

Bu günlərdə müsəlman dünyasında həcc ziyarəti ilə bağlı sensasiyalı xəbər ortaya çıxıb. Sən demə, Səudiyyə hökuməti həcc ziyarətinin təhlükəsizliyini İsrailə həvalə edibmiş. 

Samuxda 800 kiloqrama qədər kartof məhv edildi

9 Sentyabr 2016 11:58

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edilib.