Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Qarabağ müharibəsi əlillərinin və iştirakçılarının, şəhid ailələrinin, eləcə də əmək veteranlarının bir qrupu ilə görüşüb. S.Mehbalıyev müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onların hər birini ayrı-ayrılıqda dinləyib, güzəranları, iş, məişət qayğıları ilə maraqlanıb.

Sədr deyib ki, son illərdə Azərbaycanda dövlət tərəfindən onların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, əlillərin müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşdırılıb.

Millət vəkili Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemlərinin həmişə həmkarlar ittifaqlarının diqqətində olduğunu bildirib: "AHİK Qarabağ döyüşçülərinə, əlillərinə, şəhid ailələrinə həmişə diqqət və qayğı göstərib. Bu, bizim müqəddəs borcumuzdur.

Görüşdə iştirak edənlər göstərilən qayğı və diqqətə görə AHİK sədrinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda onların hər birinə bayram münasibətilə maddi yardım edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31