Ukraynalı rektor ASGA-da olub

Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru Pançenko Sergey Vladimiroviç Bakıda işgüzar səfərdədir. Səfər çərçivəsində rektor Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində təşkilatın idarə heyəti ilə görüşüb. Assosiasiyadan “OLAYLAR”-a bildirilib ki, görüşü giriş sözü ilə ASGA sədri Səbuhi Abbasov açaraq Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd edib. Bu istiqamətdə ASGA-nın müxtəlif layihələr həyata keçirdiyini deyən S.Abbasov gələcəkdə "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun keçiriləcəyini deyib. Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışıb. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən Sergey Vladimiroviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini deyib.

Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru Pançenko Sergey Vladimiroviç Bakıda işgüzar səfərdədir. Səfər çərçivəsində rektor Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində təşkilatın idarə heyəti ilə görüşüb. Assosiasiyadan "OLAYLAR"-a bildirilib ki, görüşü giriş sözü ilə ASGA sədri Səbuhi Abbasov açaraq Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd edib. Bu istiqamətdə ASGA-nın müxtəlif layihələr həyata keçirdiyini deyən S.Abbasov gələcəkdə "Azərbaycan-Slavyan Gənclərinin I Forumu"nun keçiriləcəyini deyib. Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışıb. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən Sergey Vladimiroviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini deyib.

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev çıxış edərək 5 ildə Ukrayna-Azərbaycan əlaqələrinin daha dinamik inkişaf etdiyini deyib. Sonda ASGA İdarə Heyətinin qərarı ilə təsdiqlənən "Fəxri Diplom" və hədiyyələr Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviçə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31