Terror planlaşdıran 3 qadın həbs olundu, biri polisi bıçaqladı
Fransa polisi terror törətməyi planlaşdıran 3 şübhəli qadını həbs edib.
9 Sentyabr 2016 12:31 DünyaFransa polisi terror törətməyi planlaşdıran 3 şübhəli qadını həbs edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznevməlumat verib. Onun sözlərinə görə, saxlanılan zaman ekstremistlərdən biri müqavimət göstərib və polisi bıçaqla yaralayıb.
DİN rəhbəri qadınların yaxın günlərdə terror planlaşdırdıqlarını bildirib. Həbs edilənlər 19, 23 və 39 yaşlarındadırlar.
Polis ötən gün Paris Notrdam kilsəsi yaxınlığında aşkarlanan, baqajında qaz balonu olan şübhəli avtomobilllə həmin qadınların əlaqəsini araşdırıb. Məlum olub ki, terrorçulardan biri avtomobil sahibinin qızıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31