Gündəm

BQXK-nın Azərbaycandakı nümayəndələri erməni diversanta baş çəkib

9 Sentyabr 2016 13:08

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri sentyabrın 7-də erməni hərbçiyə Arsen Baqdasaryana baş çəkib.

Bölgələrdə mütaliə təbliğ edilir

9 Sentyabr 2016 13:06

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanası ilə birgə “Açıq kitabxana”, “Səyyar kitabxana” layihələri həyata keçirir. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mütaliənin təşviqinə yönələn tədbirlər sakinlər tərəfindən rəğbətlə qarşılanır. Layihə çərçivəsində Oğuz, Qazax, Quba, Qusar, Şəmkir, Lənkəran və Siyəzəndə tədbirlər keçirilib.

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

9 Sentyabr 2016 13:05

“Neft Daşları” yatağındakı 516A nömrəli estakadayanı meydançadan qazılmış 2248 nömrəli quyu istismara verilib.

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 945 123-ə çatıb

9 Sentyabr 2016 13:04

2016-cı ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12354-ü isə regionların payına düşür.

Cenevrədə Kerri-Lavrov görüşü başladı

9 Sentyabr 2016 13:01

İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasında görüş başlayıb.

Türkiyədə 28 həkim saxlanıldı

9 Sentyabr 2016 13:00

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fətullah Gülən terror təşkilatına qarşı mübarizə çərçivəsində 28 həkim saxlanılıb.

İsmayıllı rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilmişdir

9 Sentyabr 2016 13:01

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

Referendumla əlaqədar İstanbulda hazırlıq işləri başa çatıb

9 Sentyabr 2016 12:56

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin İstanbuldakı baş konsulluğunda hazırlıq işləri başa çatıb.

İspaniyada qatar relsdən çıxdı: 2 ölü

9 Sentyabr 2016 12:55

İspaniyada qatar relsdən çıxıb.

Vergi ödəyiciləri “İkitərəfli SMS” xidmətindən ödənişsiz faydalana biləcəklər

9 Sentyabr 2016 12:52

Vergilər Nazirliyi tərəfindən 2012-ci ilən etibarən “İkitərəfli SMS xidməti”nin tətbiqinə başlanılıb. Nazirliyin Analitik-informasiya şöbəsindən  verilən məlumata görə, indiyə kimi, “İkitərəfli SMS xidməti” vasitəsi ilə yalnız xidmətə “Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi.

Dünyanın ƏN XOŞBƏXT ANASIZ UŞAĞI

9 Sentyabr 2016 12:46

Həyat çox qəribədir. Bəzən hər şeyi olan insan özünü bədbəxt, tənha hiss edir. Bəzən isə heç nəyi olmayanlar dünyadan razı qalır. Həyatla bağlı deyilən aforizmlər arasında bu mövzuya uyğun bir fikir diqqətimi çəkdi: "İnsanlar sahib olduqlarını kiçik hesab edir, sahib ola bilmədiklərini isə gözündə böyüdür". Həqiqətən də dərindən fikirləşəndə, həyatın fani olduğunu düşünəndə bu qədər giley-güzarın boşuna olduğunu görürsən. Həyatı olduğu kimi yaşamaq hər adamın işi deyil. Təbii ki, bəxt, alın yazısı, mühit - bunlar da bir insanın yaşadığı həyatdan razı qalması üçün önəmli faktorlardır. Bu yazıda sizə məhz bu üç amilin kölgəsində böyüyən dünyanın ən xoşbəxt anasız uşağından danışacağıq.

Qadın 15 sm saqqal ilə "Ginnesin rekordlar kitabı"na düşdü

9 Sentyabr 2016 12:44

Böyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqallı qadın kimi "Ginnesin rekordlar kitabı"na düşüb.

Tağı Əhmədovu bitirən səbəb: "pullarını bankdan niyə çıxarır..."

9 Sentyabr 2016 12:41

Bir neçə gündür ki, "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova indiki hesablamalarla təqribən 4 milyon (2 milyon dollar, 1,5 milyon avro və 300 min manat) manat verməsi barədə məqalələr dərc edilir. 

İt teleaparıcını yıxdı - VİDEO

9 Sentyabr 2016 12:38

Britaniyanın populyar aktrisa və teleaparıcılarından biri Amanda Holden "Britain's Got Talent" şousunun münsiflər heyətinin üzvü təki səhnədə çox çılğın tryuklar görüb. Lakin bu dəfə o, bilaixtiyar olaraq tryuk iştirakçısına çevrilib.

Deputat: "Toy mafiyaları sadə insanlara imkan vermir ki..."

9 Sentyabr 2016 12:35

"Toy mərasimləri haqqında qanunun qəbulu uzun müddətdir müzakirə mövzusu olsa da, hələ ki belə bir sənəd qəbul olunmayıb. Toy adət-ənənələrini xalqımız yüz illər boyu yaşadıb, ancaq toy mərasimlərinin tənzimlənməsi ilə bağlı Milli Məclisdə qanunun qəbul edilməsi bu gün vacibdir".