Qadın 15 sm saqqal ilə "Ginnesin rekordlar kitabı"na düşdü
Böyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqallı qadın kimi "Ginnesin rekordlar kitabı"na düşüb.
9 Sentyabr 2016 12:44 DünyaBöyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqallı qadın kimi "Ginnesin rekordlar kitabı"na düşüb.
Kaur sürətli tüklənmə xəstəliyindən əziyyət çəkir.
Qadının sözlərinə görə, o, kompleksləri və ətrafdakıların ona qarşı ünvanladığı daimi təhqirlərin öhdəsindən gəlmək üçün 15 santimetr uzunluğunda saqqal saxlayıb.
Cari ilin mart ayında Harnaam Londonda keçirilən Yüksək dəb həftəsi çərçivəsində nümayiş zamanı podiuma çıxaraq ilk saqqallı model olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31