İt teleaparıcını yıxdı - VİDEO
Britaniyanın populyar aktrisa və teleaparıcılarından biri Amanda Holden "Britain's Got Talent" şousunun münsiflər heyətinin üzvü təki səhnədə çox çılğın tryuklar görüb. Lakin bu dəfə o, bilaixtiyar olaraq tryuk iştirakçısına çevrilib.
9 Sentyabr 2016 12:38 DünyaBritaniyanın populyar aktrisa və teleaparıcılarından biri Amanda Holden "Britainchr("39")s Got Talent" şousunun münsiflər heyətinin üzvü təki səhnədə çox çılğın tryuklar görüb. Lakin bu dəfə o, bilaixtiyar olaraq tryuk iştirakçısına çevrilib.
Daily Mail bildirir ki, Londondakı "Grosvenor House"da keçirilən "Animal Hero Awards" mükafatlarının təqdimat mərasimində Amanda Holden səhnəyə çıxıb.
45 yaşlı teleaparıcı labrador cinsindən oldan Bakterin mükafatını sahibəsinə təqdim etmək istəyirdi. Lakin Bakter qəflətən cuşa gəlib və Amanda Holdenin üstünə atılaraq onu "qucaqlayıb", yalamağa başlayıb.
A.Holden müvazinətini itirərək yıxılıb.
Bakter 6 yaşlı Oliviya Qudmanı ölümdən xilas edib. Oliviya boğulmağa başlayanda 9 aylıq Bakter hürməyə başlayıb. Səs-küyə gələn Amanda təcili yardıma zəng vurub və bu minvalla Oliviyaya vaxtında kömək göstərilib.