Samuxda 800 kiloqrama qədər kartof məhv edildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edilib.
9 Sentyabr 2016 11:58 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edilib.
APA xəbər verir ki, kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə riayət etməklə məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31