Gündəm
Saakaşvili Gürcüstana gələn kimi tutulacaq
Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin sərhədini keçən kimi həbs olunacağını bəyan edib.
Ən aktiv seçki dairəsi məlum oldu
Azərbaycanda keçirilən referendumda saat 15:00-a olan ən aktiv seçki dairəsinin adı açıqlanıb.
Azərbaycan növbəti dəfə demokratiyaya sadiqlik nümayiş etdirdi
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum yüksək seçici fəallığı ilə müşayət olunub. Artıq bununla bağlı yerli və xarici müşahidəçilər ilkin rəylərini açıqlayıblar.
"Mövsümi depressiya"dan necə qurtulmalı?
Hava dəyişkənliyi səhhətimiz kimi psixologiyamıza da təsir edir.
Rusiyanın Vesti TV kanalı Azərbaycandakı referendumuİZLƏDİ- VİDEO
Rusiyanın Vesti telekanalı bu gün Azərbaycanda keçirilən referendumla bağlı geniş xəbər materialı hazırlayıb. Videomaterialda qeyd olunur ki, Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı seçicilərin böyük əksəriyyəti seçki məntəqələrinə axın edərək səsvermə hüquqlarından istifadə ediblər. TV kanalı referendumun baş tutmuş hesab olunduğunu vurğulayır. SİA həmin videomaterialı təqdim edir.
MİT-dən gülənçilərlə bağlı yeni siyahı - 20 min nəfərin adı müəyyən olundu
Türkiyə kəşfiyyatı (MİT) Gülən camaatı üzvlərinin “ByLock” mobil tətbiqetməsini istifadə edən yeni bir siyahı hazırlayıb.
Tovuzda 8 məntəqədə "exit-poll" keçirilir
Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ölkədə keçirilən ümumxalq səsverməsi Tovuz rayonunda uğurla davam edir. Rayonda olan 105 və 106 saylı dairələrin bütün məntəqələrində seçicilərin öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb.
Akif Çovdarov: "Öləcəyimi gözəl bilirəm"
"Kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kardioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm".
Teatr Muzeyində sərgi təşkil olunacaq
“Turizm işçiləri günü” peşə bayramı münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu günə qədər sərgilənməyən fond materiallarından ibarət “Eskizdən səhnəyə” adlı sərgi təşkil olunacaq. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuiat xidmətindən daxil olub. Bildirilib ki, sərgidə müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək. Həmin gün muzeydə “Açıq qapı” günü elan ediləcək.
Ümumdünya Turizm günü münasibəti ilə beynəlxalq tədbir keçiriləcək
Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Turizm işçilər günüi” qeyd olunacaq. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı və Ümumdünya Turizm günü münasibəti ilə turizmin inkişafı ilə bağlı görülən işlər və yay turizm mövsümünün yekunlarına dair mətbuat konfransı və “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa keçiriləcək.
Qadınlar bir-birini bıçaqlayıblar
Salyanda qadın qadını bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən verilən məlumata görə, hadisə sentyabr ayının 25-də Salyan rayonunun Xocalı kəndində törədilib. Hadisə nəticəsində kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulmuşdur.Hadisənin səbəbləri araşdırılır.
Balıqçı dənizdə batıb
Əslən Quba sakini olan balıqçı dənizdə batıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Bakının Hövsan qəsəbəsi ərazisində qeydə alınıb. Quba şəhər sakini Şaiq Ağamirzəyev dənizdə balıq tutarkən boğulub. Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Rusiya ilə Pakistan birgə hərbi təlimlər keçirir?
Tarixdə ilk dəfə Rusiya ilə Pakistan birgə hərbi təlimlər keçirir. Çerat hərbi bazasına 200 nəfərlik rus hərbçi heyəti gəlib. Təlimlər zamanı tərəflərin dağ şəraitində xüsusi əməliyyatların və bir çox hərbi taktiki fəndlərin birgə tətbiqinin işlənməsi nəzərdə tutulur. Pakistan tərəfi birgə hərbi təlimlərin və Rusiya ilə hərbi əməkdaşlığın dərinləşməsinə böyük ümidlər bəsləyirlər.
"Azərbaycanda referendum prosesinin şəffaflığı Avstraliyada olduğundan daha yüksəkdir"
"Azərbaycanda referendum prosesi şəffaf keçir". Bunu Trend-ə Avstraliya parlamentinin müşahidəçi missiyasının üzvü Kreyq Kelli deyib.
Referendum şəffaf qaydada keçib
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçirilib. Ölkə vətəndaşları konstitusion hüquqlarından istifadə etmək üçün 119 seçki dairəsi üzrə səsvermə prosesində iştirak ediblər. 5600-dən artıq seçki məntəqəsinin bir çoxunda veb-kameralar quraşdırılıb.














