2027-ci ildə böyük ixtisarlar olacaq?
17 Noyabr 22:15 İqtisadiyyatDövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə bildirilib.
Burada qeyd olunur ki, divident ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.
Bu xəbərin əsas hissəsidir. İndi isə gəlin başqa məqama diqqət edək. 2025-ci il dekabrın 29-da təsdiq olunmuş dividend siyasətinə əsasən, dövlət müəssisələrinin xalis mənfəətindən minimum 30 faiz dividend ödənilməsi nəzərdə tutulur. Müəssisə iki il ardıcıl zərərlə işlədikdə isə Maliyyə Nazirliyi səbəbləri araşdıraraq təkliflərini Prezidentə təqdim etməlidir.
İlk ağıla gələn Bakı Metropolitenidir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT / OECD) "Bakı Metropoliteni" QSC-ni digər böyük dövlət müəssisələri ilə birlikdə korporativ idarəetmə çərçivəsində qiymətləndirib.
Bu qiymətləndirmə metropolitenin texniki vəziyyətinə və ya tunel inşaatına deyil, birbaşa onun idarəetmə və maliyyə şəffaflığına yönəlib. İƏİT 2024-cü ilin sentyabrında "Azərbaycan İnvestisiya Holdinqinin və onun Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinin İcmalı" adlı hesabat dərc etmişdi.
https://www.oecd.org/.../oecd-review-of.../6764976e-en.pdf
İndi isə gəlin Bakı Metropliteni QSC-nin ardıcıl 5 il zərərinə diqqət edək:
2018 32,3 milyon dollar
2019 32,4 milyon dollar
2020 23 milyon dollar
2021 40,7 milyon dollar
2022 48,7 milyon dollar
Beş ildə ümumi zərər 177,1 milyon dollar. Rəsmi məlumatlara əsasən Bakı Metropliteni QSC -də 2018-2022-ci illərdə dividend ödənişi qeydə alınmayıb.
Digər ləğvi gözlənilən qurumlar böyük ehtimalla SOCAR-da olacaq. Kiçik törəmə şirkətlərin ləğvi 2027-ci ildə reallaşdırıla bilər.
Demək olar ki, bütün beynəlxalq audit hesabatlarında SOCAR-ın idarəetməsinin təkminləşdirilməsi tövsiyyələri var. Azərbaycan Dəmir Yolları, AZAL, Azərişıq-da da struktur islahatları, ləğvetmə və birləşdirilmə prossesi həyata keçirilə bilər.
Zərələ işləyən və dvident ödənişləri etməyən qurumlar arasında BakuBus və Təmiz Şəhər ASC də var. İƏİT-in (OECD) Azərbaycan İnvestisiya Holdinqi və dövlət müəssisələri haqqında geniş araşdırmasında bu üç şirkət birbaşa zərərlə işləyən müəssisələr kimi göstərilir.
- Keçmiş "Azərsu" ASC yenidən strukturlaşdırılaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) nəzdində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti kimi fəaliyyət göstərir. Burada zərər daha çoxdur. Bu dövlət qurumu son 5 hesabat ili (2020-2024) ərzində ümumilikdə 1 milyard 427,37 milyon manat xalis zərər edib.
- "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 2025-ci ilin sonunda yığılmış zərərin 24,6 milyon manat olub.
- Faktiki fəaliyyət göstərməyən və ya zərərlə işləyən törəmə şirkətlər də var. İƏİT-in Azərbaycan dövlət müəssisələri haqqında hesabatında Azərbaycan Beynəlxalq Bankının iki törəmə müəssisəsinin fəaliyyət göstərmədiyi qeyd olunur:
- ABB-Moskva MMC - Rusiya;
- ABB-Geo QSC - Gürcüstan.
- İƏİT-in araşdırmasına görə, 2023-cü ilin avqustunda Prezidentin müəyyən etdiyi özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan müəssisələr sırasında SOCAR-ın aşağıdakı aktivləri də olub:
1. Azərikimya İstehsalat Birliyi;
2. Karbamid zavodu;
3. Metanol zavodu.
Bu isə o deməkdir ki, bu zavodlar özəl investitsiyalara açıla bilər.
Qey edilən dövlət şirkətlərinin özəlləşdirilməsi mümkünsüz görünsə də, xərclərin optimallaşdırılması baxımından, ADY, AZAL, SOCAR, ABB, "Azərxalça", İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ixtisarlar və daxili birləşdirmələr prossesinə başlanacaq.
Yəni büdcəyə yük olan dövlət şirkətləri və törəmə strukturları birləşdirmə və ləğvetmə prossesində kütləvi ixtisarlar da qaçılmaz olacaq.
Razi Abbasbəyli