Azərbaycan növbəti dəfə demokratiyaya sadiqlik nümayiş etdirdi

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum yüksək seçici fəallığı ilə müşayət olunub. Artıq bununla bağlı yerli və xarici müşahidəçilər ilkin rəylərini açıqlayıblar.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi demokratiyanın göstəricisidir

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum yüksək seçici fəallığı ilə müşayət olunub. Artıq bununla bağlı yerli və xarici müşahidəçilər ilkin rəylərini açıqlayıblar. Əslində ümumixalq səsvərməsində Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən ümumixalq səsverməsində bunun əksini gözləmək sadəlövlük olardı. Çünki Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər bu günümüzün uğurları fonunda irəliyə daha inamla addım atmağa əsas yaradır. Çünki dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının möhkəmlənməsinə, eyni zamanda dövlətin funksiyalarının yerinə yetirilməsi üçün hüquqi bazanın gücləndirilməsinə xidmət edir. Şəxsi toxunulmazlıq hüququ, mülikiyyət hüququ, insan ləyaqəti, vətəndaşlıq hüququnun təmin edilməsi, bərabərlik və digər hüquqlarla bağlı əlavə və dəyişikliklər də deyilənlərin təsdiqidir. Qeyd edək ki, Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Bu da insan amilinə dəyərin dövlət siyasətinin prioriteti olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu siyasəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. 
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, dünyada gedən proseslər, təbii ki, ölkələrin gündəmini də, müəyyən mənada baxışları da dəyişir, yeni reallıqlar ortaya çıxarır. Bu gün Azərbaycan müasirləşmə xətti götürübsə, özünü dünyaya müasir dövlət kimi təqdim edirsə, bu müasirləşmə həm idarəçilikdə, həm qanunvericilikdə öz əksini tapmalıdır: "Demokratiyanın inkişafı mütəmadi bir prosesdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, həmin ölkələrdə də demokratiyanın daha da dərinləşdirilməsi üçün zaman-zaman müəyyən zəruri addımlar atılmasına ehtiyac yaranır. Bu cəhətdən Azərbaycan da istisna təşkil etmir. Azərbaycan yüksək səviyyədə demokratik inkişafa nail olmağı özünün strateji hədəfi müəyyənləşdirib. Ölkəmiz Konstitusiyamızın qüvvədə olduğu 20 ildən artıq müddətdə demokratiya yolunda inamlı addımlar atıb. Dediyim kimi, demokratik inkişaf bitən bir proses deyil. Əgər biz mükəmməl dövlət, mükəmməl cəmiyyət qurmaq istəyiriksə, müəyyən dəyişikliklər qəbul etmək lazımdır. Bu gün Azərbaycanın bütün sahələrdə müasir tələblərə uyğun atdığı addımlar birmənalı olaraq qanunvericiliyə də aiddir. Hesab edirəm ki, Əsas Qanunumuza təklif olunan əlavə və dəyişiklikləri ölkəmizin müasir inkişafı ilə bağlı yaranan yeni reallıqlar, yeni inkişaf hədəfləri diqtə edir. Ümumiyyətlə, Azərbaycan indiki mərhələdə Konstitusiya dəyişikliklərinə getməklə bundan sonra da demokratiyaya sadiq qalmaq əzmini ortaya qoyur. Prezident İlham Əliyevin Konstitusiyamıza təklif etdiyi əlavə və dəyişikliklər bu gün gündəmdə olan aktual məsələlərdir. Biz dünyada hansı proseslərin getdiyini görürük. Azərbaycan da təbii ki, heç nədən sığortalanmayıb. Bu gün biz cəmiyyətimiz, xalqımız, gələcəyimiz haqqında düşünməliyik". Onun sözlərinə görə, Konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi Azərbaycanın bəyan etdiyi demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqləyir: "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bütün taleyüklü məsələlərdə xalqın iradəsi əsas götürülür. Əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin özü demokratiyanın ən əsas göstəricisidir. Azərbaycan xalqı müasir düşünən, geniş təfəkkürlü bir xalqdır, cəmiyyətimiz yüksək intellektual potensiala malikdir. İnsanlarımız Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılmasını və referendum yolu ilə qəbul edilməsini ölkəmizdə demokratik dövlət quruculuğu prosesinin mühüm bir göstəricisi kimi dəyərləndirirlər. Hesab edirəm ki, əsas Qanunumuza referendum yolu ilə qəbul edilən əlavə və dəyişikliklər Azərbaycanın inkişafının yeni mərhələsinin əsası qoyacaq". Deputat bildirib ki, təklif olunan dəyişikliklərə və əlavələrə cəmiyyətin belə yüksək münasibət sərgiləməsi heç də təsadüfi deyil: "İnsanların böyük marağı və dəstək ifadə etmələri onunla bağlıdır ki, təklif olunan dəyişikliklər son nəticədə ölkəmizin inkişafına, insanların hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin olunmasına, respublikamızda icra strukturunun təkmilləşdirilməsinə hədəflənib. Qeyd olunan bu və ya digər məsələlər ölkəmizin və bütün vətəndaşların ümumi mənafeyinə xidmət etiyinə görə insanlar da bəhs olunan dəyişikliklərin və əlavələrin Konstitusiyamızda təsbit olunmasını arzulayırlar". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31