Teatr Muzeyində sərgi təşkil olunacaq
“Turizm işçiləri günü” peşə bayramı münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu günə qədər sərgilənməyən fond materiallarından ibarət “Eskizdən səhnəyə” adlı sərgi təşkil olunacaq. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuiat xidmətindən daxil olub. Bildirilib ki, sərgidə müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək. Həmin gün muzeydə “Açıq qapı” günü elan ediləcək.
26 Sentyabr 2016 15:56 Sosial"Turizm işçiləri günü" peşə bayramı münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu günə qədər sərgilənməyən fond materiallarından ibarət "Eskizdən səhnəyə" adlı sərgi təşkil olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuiat xidmətindən daxil olub. Bildirilib ki, sərgidə müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək. Həmin gün muzeydə "Açıq qapı" günü elan ediləcək.