Si Cinpin: Çin və Rusiya çoxqütblü dünyanın formalaşmasına töhfə verməlidir- ÖZƏL

Çin və Rusiya çoxqütblü dünya nizamının formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşdirilməsinə töhfə verməlidirlər.
Olaylar.az xəbər verir ki, bunu Çin sədri Si Cinpin Rusiyanın dövlət başçısı Vladimir Putinlə Şençjendə keçirilən ikitərəfli görüşdə bildirib.
Si Cinpin qeyd edib ki, iki ölkə arasında münasibətlərin potensialından daha geniş istifadə edilməli, əməkdaşlığın məzmunu zənginləşdirilməli və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət dərinləşdirilməlidir. Onun sözlərinə görə, tərəflər praktik əməkdaşlığa diqqət yetirməli, birgə səylərini davam etdirməli və böyük dövlətlər kimi üzərlərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər. Çin lideri vurğulayıb ki, bu istiqamətdə atılacaq addımlar çoxqütblü dünya nizamının formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşdirilməsinə xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31