Putin: “Rusiya dollar və avrodan imtina etməyib, bunu edənlər özlərini cəzalandırıblar” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Sammitində çıxış edərək Rusiyanın heç vaxt dollar və avrodan imtina etmədiyini, bu valyutalardan istifadəni məhdudlaşdıran ölkələrin isə özlərini cəzalandırdıqlarını bildirib.

Putin qeyd edib ki, Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların sayına görə "rekordçu"ya çevrilsə də, əvvəlki iqtisadi hökmranlıq alətləri artıq təsir gücünü itirib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya bazarından və ucuz enerji resurslarından könüllü imtina etməklə sənaye potensialını və rəqabət qabiliyyətini sürətlə itirir. Bunun əksinə olaraq, Asiya-Sakit Okean regionu qlobal iqtisadiyyatın mərkəzinə və innovasiyaların lokomotivinə çevrilib.

Rusiya iqtisadiyyatındakı vəziyyətə toxunan dövlət başçısı son üç ildə ÜDM-in 10%-dən çox artdığını, dövlət borcunun isə 17% həddində olmaqla dünyada ən aşağı göstəricilərdən biri olduğunu vurğulayıb. O həmçinin Rusiyanın rəqəmsal transformasiya sahəsində ön sıralarda getdiyini və texnologiyalarını tərəfdaş ölkələrlə bölüşməyə hazır olduğunu əlavə edib.

Qeyd edək ki, Putin iki günlük APEC sammitində iştirak etmək üçün Şençjenə səfər edib. Sabah sammit çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli danışıqlarının keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31