Referendum şəffaf qaydada keçib
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçirilib. Ölkə vətəndaşları konstitusion hüquqlarından istifadə etmək üçün 119 seçki dairəsi üzrə səsvermə prosesində iştirak ediblər. 5600-dən artıq seçki məntəqəsinin bir çoxunda veb-kameralar quraşdırılıb.
26 Sentyabr 2016 15:44 SiyasətBeynəlxalq müşahidəçilərin mövqeyi belədir
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçirilib. Ölkə vətəndaşları konstitusion hüquqlarından istifadə etmək üçün 119 seçki dairəsi üzrə səsvermə prosesində iştirak ediblər. 5600-dən artıq seçki məntəqəsinin bir çoxunda veb-kameralar quraşdırılıb.
Ümumxalq səsverməsinə beynəlxalq müşahidəçilərin də marağı böyük olub. Məlumat üçün qeyd edək ki, referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır ki, nəticə etibarilə hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Səsvermə presesini izləyən beynəlxalq müşahidəçilərin rəyi birmənalı olaraq ondan ibarət olub ki, səsvermə prosesi şəffaf qaydada, yüksək seçici fəallığı ilə yadda qalıb. Hər halda beynəlxalq müşahidəçilərin verdikləri açıqlamalar belə deməyə əsas verir. MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib ki, Azərbaycanda referendum yüksək səviyyədə təşkil olunub. O, qeyd edib ki, Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey artıq 10 illərdir çox yüksək səviyyədə hazırlanıb: "Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər. Bu, hamı tərəfindən qəbul edilmiş faktdır. Bu, referenduma daxil edilən məzmunlu məsələlərdir. Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir". İlyas Umaxanov qeyd edib ki, heç kəs Azərbaycan xalqının fikrini dəyişmək haqqına malik deyil.
Türkdilli ölkələrin Parlamentlər Assambleyasının (TÜRK PA) beynəlxalq müşahidə missiyası artıq referendumun müşahidəsinə qoşulublar. Təşkilatın baş katibi Jandos Asanov bildirib ki, Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır. Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir.
TürkPA müşahidə missiyasının rəhbəri, Türkiyə parlamentinin deputatı Haluk İpək isə qeyd edib ki, Azərbaycan vətəndaşlarının Konstitusiyaya dəyişikliklər üzrə referendumda fəallığı yüksəkdir. Onun sözlərinə görə, Azərbaycanda referendum sakit keçir, seçici fəallığı yüksəkdir.
Serbiya parlamentinin deputatı Aleksandra Tomiç da səsvermənin gedişindən razı qaldığını vurğulayıb. O, bildirib ki, referendumla bağlı keçirilən səsvermə üçün bütün avadanlıqlar mövcuddur, təbliğat materialları yerləşdirilib: "Referendumun təşkilat işləri yüksək səviyyədə təşkil edib. Mən şahidi oldum ki, komissiya
üzvlərinin çoxu qadındır. Düşünürəm ki, bu, çox yaxşıdır. Qadınların belə fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur. Seçici fəallığı normaldır".
Fransa parlamentinin deputatı Mişel Vuazen isə hesab edir ki, referendum gələcək üçün atılmış böyük demokratik addımdır. Fransalı deputat bildirib ki, Azərbaycanda seçki prosesini artıq bir neçə dəfə müşahidə edib: "Mən artıq hər dəfə müşahidələrimin sonunda belə bir qənaətə gəlirəm ki, seçkilərin keçirilməsinin keyfiyyəti artır. Referendumda 29 bənd var. Bu, seçiciyə "hə" və ya "yox" demək imkanı verir. Bu, həm icraedici, həm də qanunverici hakimiyyətə imkan verəcək ki, seçicilərin iradəsini həyata keçirsinlər"
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris isə qeyd edib ki, müşahidə apardıqları seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar: "Artıq 4-cü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edirəm. Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq.
Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir". Kipr Parlamentinin deputatı,ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib ki, Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir".
Azərbaycanda səfərdə olan Fransa parlamentinin üzvü Tyeri Mariani də səsvermə prosesində şəffaflığın təmin olunmasından razılıq ifadə edib: "Düzünü demək lazım gələrsə, müşahidə etməmiş də bilmək olur ki, hər şey qaydasındadır. İlk dəfədir, 20-dən artıq məsələnin səsverməyə çıxarıldığını görürəm. Düşünürəm ki, xalqın fikrini öyrənmək üçün bu, yeganə yoldur. Referendum təşkilatçıları müxtəlif sualları cavablandırmağa icazə verirlər. Düşünürəm ki, təşkilati tərəfdən hər şey düzgündür".
Belçika Polis üzrə Araşdırma Mərkəzinin əməkdaşı Qilis Bordo deyib ki, Azərbaycanda referendum yaxşı təşkil olunub. O bildirib ki, indiyədək 10 seçki məntəqəsini ziyarət edib: "İnsanlar işlərini peşəkarlıqla icra edirlər. Məntəqələrdə
yerli müşahidəçilər var idi. İndiyə qədər proses normal davam edir. Qeyd etmək istərdim ki, qadın seçicilər daha çox fəallıq göstərir".
Avstraliyalı senator Kristofer Back isə bildirib ki, referendum çox mütəşəkkil qaydada keçirilir. Onun sözlərinə görə, seçicilərin məntəqələrdə qeydiyyatı çox sadə və düşünülmüş şəkildə həyata keçirilir: "Bülletenlərin küncü kəsilib, seçiciyə təqdim olunur və kəsilmiş künclər ayrıca saxlanılır. Günün sonunda biz səslərin hesablanması prosedurunda iştirak edəcəyik və müvafiq məntəqədə qutularda neçə bülletenin olması, kəsilmiş künclərin sayı hesablanacaq. Onların sayı eyni olmalıdır. Bununla da səsvermənin düzgünlüyü təsdiq olunur ki, eyni şəxs bir dəfədən artıq səs verə bilməz. Onu da əlavə edim ki, təəssüratlarımız çox xoşdur, pozitivdir". Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edib. Bir neçə seçki məntəqəsinə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o bildirib ki, təmsil etdiyi qurumun missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: "Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik".
Avstriya Parlamentinin üzvü Qorburq Volfanq isə bəzi müxalifət partiyalarının iddialarını təkzib etməklə yanaşı səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: "Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik". Avstriya qanunverici orqanının təmsilçisi 10-a yaxın seçki məntəqəsində müşahidə apardığını və heç bir məntəqədə qanun pozuntusuna rast gəlmədyini diqqətə çatdırıb: "Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, Artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi".
Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişarın başçılıq etdiyi nümayəndə heyəti də sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsini müşahidə edib. Azərbaycanda keçirilən referendumu izləmək üçün ölkəmizə səfər etdiklərini deyən fransalı deputat A.Reişar Senatda dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söyləyib. Bildirilib ki, onların müşahidələri referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur: "Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik. Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq. İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcək".
Avstraliya parlamentinin müşahidə missiyasının üzvü Lyuk Simpkins də Azərbaycanda referendumun qanunvericiliyin tələblərinə uyğun keçirildiyini qeyd edib. O, bildirib ki, müşahidə missiyası Bakıda təqribən 10 seçki məntəqəsində olub. L.Simpkins qeyd edib ki, missiya heç bir qanun pozuntusu qeydə almayıb: "Seçici fəallığı olduqca yüksəkdir".
Bu ölkədən olan digər bir müşahidəçi Kreyq Kelli isə vurğulayıb ki, Azərbaycanda keçirilən səsvermə prosesi hətta Avstraliyada olan seçki prosesindən şəffafdır: "Azəraycanda referendum prosesi şəffaf keçir. Azərbaycanda referendumda şəffaflıq və prosesə nəzarət Avstraliyadakından yüksəkdir: Məsələn, Avstraliyada şəxsiyyət vəsiqəsini tələb etmirlər". K.Kellinin sözlərinə görə, missiya Bakı və Abşeron yarımadasında təqribən 10 seçki məntəqəsində olub: "Referendum prosesində çoxlu qadın iştirak edir ki, bu da məni sevindirir".
Avropa Xalq Partiyasının nümayəndəsi Ramona Manesku səsvermə prosesi barədə fikirlərini blüşərkən deyib ki, vətəndaşlar seçki məntəqələrində fəallıq göstərirlər və onlar nəyə səs verdikıərini çox gözəl bilirlər. Onun sözlərinə görə, referenduma hazırlıq prosesində bütün prosedurlar beynəlxalq standartlara cavab verir. Deputat bildirib: ki, hər şey rəvan keçəcək".
Məhəmməd