Gündəm

Yəhudilər ermənilərə qarşı: "Rədd olun buradan"

26 Sentyabr 2016 17:13

Qüdsdə erməni kilsəsində qalmaqal salaraq kilsə xorunun oxumasına mane olan "Lehava" təşkilatının sədri Bentsi Qopşteyn və təşkilatın üzvü polis tərəfindən saxlanılıblar.

Ata olacağını eşidən oğlan canlı yayımda görün nə etdi - VİDEO

26 Sentyabr 2016 17:06

Studiyada ata olacağı xəbərini eşidən gənc sevincindən şok keçirib.  Maraqlı anlar Türkiyədə yaşanıb.

Əbu-Dabidəki Azərbaycan vətəndaşlarının 80 faizindən çoxu referendumda səs verib

26 Sentyabr 2016 17:03

"Azərbaycanın BƏƏ-dəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumda seçki aktivliyi indiyə qədər müvafiq olaraq 85 faiz və 82 faizdən çox təşkil edib".

Avropalı parlamentarilər Azərbaycanda keçirilən referendumun təşkilindən razıdırlar

26 Sentyabr 2016 17:01

"Avropalı parlamentarilər Azərbaycanda keçirilən referendumun təşkilindən razıdırlar". Trend bildirir ki, bunu Belçikadan olan müstəqil müşahidəçi Toni Mallet deyib.

Rusiyada seçicilərimizin fəallığı 55 faizi ötüb

26 Sentyabr 2016 16:58

Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiyadakı səfirliyində keçirilən ümumxalq səsverməsində Moskva vaxtı ilə saat 15:00-a olan məlumata əsasən, artıq 879 nəfər səs verib ki, bu da ümumi səs verənlərin 56%-ni təşkil edir.

111 yaşlı Gülüstan nənənin evinə daşınan səsvermə qutusu aparılıb

26 Sentyabr 2016 16:56

Gülüstan Xəlilova Zərdab rayonunun ən yaşlı sakinidir. Qaravəlli kəndində yaşayır. 111 yaşlı ağbirçəyin 5 övladı, 16 nəvəsi, 22 nəticəsi var. Həmişə olduğu kimi, bu gün də bu ahıl yaşında məsuliyyətlidir. O, referendumda iştirak etməklə, Konstitusion hüququnu yerinə yetirib.

11 saylı cəzaçəkmə müəssisəsində məhkumların əksəriyyəti səs verib

26 Sentyabr 2016 16:48

Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində də məhkumlar referendumla bağlı səs veriblər.

Avstraliyalı müşahidəçi: "Azərbaycanda referendum çox yaxşı təşkil olunub"

26 Sentyabr 2016 16:46

"Azərbaycanda referendum çox yaxşı təşkil olunub". Bunu Trend-ə Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Kristofer Bek deyib.

Mənzildən pis qoxu gəldi: açıb içəri daxil olarkən...

26 Sentyabr 2016 16:43

Beyoğlunda tükürpədici olay qeydə alınıb.

Bu kodla zəng vuran qadınlardan ehtiyatlı olun

26 Sentyabr 2016 16:44

Balıkəsirin Susurluk mahalında tanış olduğu bolqar qadının aldadaraq 9 min TL-sini əlindən aldığını iddia edən şəxs polisə müraciət edib. 

Türkiyəli deputat: "Azərbaycanda referendum xalqın demokratik iradəsini tam əks etdirir"

26 Sentyabr 2016 16:30

"Azərbaycanda referendum xalqın demokratik iradəsini tam əks etdirir".

Türkiyədə axtarışda olan Gürcüstan vətəndaşı "Qırmızı körpü"də saxlanılıb

26 Sentyabr 2016 16:28

"İnterpol"un Türkiyə bürosu tərəfindən barəsində axtarış elan edilən Gürcüstan vətəndaşı "Qırımızı körpü" sərhəd-keçid məntəqəsində tutulub.

DAA Yaponiya təmsilçiliyi təsis olundu

26 Sentyabr 2016 16:21

Dünya Azərbaycanlıları Yaponiya təmsilçiliyinin qurulması haqqında DAA rəhbərliyi qərar verib. “OLAYLAR”-a daxil olan məlumata görə, Əlibəy Mammadov Yaponiyada DAA-nın təmsilçisi təyin edilib. O, hazırda Tokioda yaşamaqla yanaşı, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının da rəhbəridir. Hazırda Hokkaido Universitetinin doktorantura təhsili alır. Yaponiyada uğurlu diaspora fəaliyyətləri ilə tanınan Əlibəy Məmmədov Yaponiyada yaponlara Azərbaycan dərsi verir. Bu dərslə yaponlar Azərbaycan haqqında məlumat alırlar.

Rusiyanın Ermənistana verdiyi "İsgəndər" raketləri danışıqlar düzənini pozdu

26 Sentyabr 2016 16:19

“Cənubi Qafqazda vəziyyət mürəkkəbləşmək üzrədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ABŞ və NATO Gürcüstanda möhkəmlənməyə çalışır. Rusiya isə Ermənistanda yeni növ silah-sursat daşımaqla mövqeyini gücləndirir: “Həmçinin, Rusiya Qarabağ münaqişəsinin həllində status-kvonu qorumaqla öz təsir imkanlarını genişləndirmək siyasətini davam etdirir.

Azərbaycan Mətbuat Şurasının məlumatı- Yenilənib

26 Sentyabr 2016 16:17

Saat 16:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.