Gündəm

"Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir"

26 Sentyabr 2016 18:08

"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitrii Azarov və İlyas Umaxanov bəyan ediblər.

Hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı hava limanında tutuldu

26 Sentyabr 2016 18:06

Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada "Domodedovo" hava limanında tutulub. 

Avstriyalı müşahidəçi: "Azərbaycanda referendum problemsiz keçir"

26 Sentyabr 2016 18:05

"Biz Azərbaycanda referendumun keçirilməsi prosedurunda çatışmazlıq görmədik". Bunu Trend-ə avstriyalı müşahidəçi, ATƏT PA-nın sabiq vitse-prezidenti Volfqanq Qrossruk deyib. Onun sözlərinə görə, seçki komissiyasının üzvləri də qeyd ediblər ki, referendum problemsiz keçir.

Senator: Azərbaycanda seçkilərin təşkili Fransadan fərqlənmir

26 Sentyabr 2016 17:49

Azərbaycanda seçkilərin təşkilində gördüklərimiz Fransada tətbiq etdiklərimizdən fərqlənmir. Bunu Trend-ə açıqlamasında Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar deyib.

Avstriyalı senator: “Təəssüratlarımız pozitivdir”

26 Sentyabr 2016 17:42

“Referendum çox mütəşəkkil qaydada keçirilir”.

Fransalı parlamentari: "Müşahidə etməmiş də bilmək olur ki, hər şey qaydasındadır"

26 Sentyabr 2016 17:38

“Düzünü demək lazım gələrsə, müşahidə etməmiş də bilmək olur ki, hər şey qaydasındadır”.

“Seçkilər şəffaf və qanun pozuntuları aşkarlanmadan keçirilir ” HABERTÜRK

26 Sentyabr 2016 17:35

“Azərbaycanda Konstitusiyanın 23 maddəsində dəyişilik edilməsi və 6 yeni müddəanın əlavə edilməsi üçün keçirilən referendumda səsvermə davam edir”. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk.com” saytı yazır. Saytın qeyd etdiyinə görə, 5 milyon 260 min seçicinin olduğu ölkədə paytaxt Bakı daxil olmaqla digər bölgələrdə 5 min 627 min urnaya bülletenlər atılır və  Azərbaycandan kənar yaşayan vətəndaşlar üçün 38 ölkədə seçki məntəqələri qurulub.

“Səsverməni 100-dən çox beynəlxalq müşahidəçi izləyir” "Komsomolskaya pravda"

26 Sentyabr 2016 17:34

“Azərbaycan Konstitusiyasnda ediləcək dəyişikliklərlə bağlı referendum seçkiləri normal şəraitdə keçirilməkdədir”. SİA xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzetinin elektron variantı yazır. Qeyd olunur ki, referendum ölkə ərazisində fəaliyyət göstərən 125 dairə üzrə keçirilməkdədir.  

ŞPA-nın müşahidəçisi: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir

26 Sentyabr 2016 17:32

"Ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır". Bunu 23 saylı Səbail dairə seçki komissiyasının 4 saylı məntəqəsində referendumu yaxından izləmiş AŞPA-dan olan müşahidəçi Sevda Gündüz SİA-ya verdiyi açıqlamasında bəyan edib.

Dmitri Azarov: "Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir" MÖVQE

26 Sentyabr 2016 17:30

"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Bunu SİA-ya açıqlamasında 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitrii Azarov və İlyas Umaxanov bəyan ediblər.

Rusiyalı ekspertlər: “Dəyişikliklər islahatlar üçün bazis rolunu oynayacaq” XARİCDƏN BAXIŞ

26 Sentyabr 2016 17:29

“Dövlət idarəçiliyi strukturunda vitse-prezidentlik institutunun yaradılması bu sistemin effektliyini artıracaq”. SİA xəbər verir ki, bu barədə ria.ru saytına Moskva Dövlət Universitetinin postsovet məkanı üzrə tədqiqi Mərkəzinin direktor müavini,  Rusiya Elmlər Akademiyasının İqtisadiyyat insitunun eksperti Aleksandr Karavayev Azərbaycanda keçirilən Referendum –ümumxalq səsverməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

Beynəlxalq müşahidəçi David Morris: Səsvermənin təşkili metodologiyasını yüksək qiymətləndirirəm

26 Sentyabr 2016 17:26

Gün ərzində bir neçə seçki məntəqəsində olacağıq. Səsvermə prosesinin təşkili metodologiyasını çox yüksək qiymətləndirirəm.

“Exit-pol”: Rəyi soruşulan vətəndaşlar referendumda səsvermə üçün yaradılan şəraitdən razıdırlar

26 Sentyabr 2016 17:25

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə prosesi üçün hər cür şərait yaradılıb. Burada olduğumuz müddətdə heç bir qayda pozuntusu və ya vətəndaş narazılığı ilə qarşılaşmamışıq.

İlyas Umaxanov: "Referendum müstəqil Azərbaycana özünəməxsus etimad rəyidir"

26 Sentyabr 2016 17:15

Referendum Azərbaycan prezidentinə, müstəqil Azərbaycana, onun azad daxili və xarici siyasətinə özünəməxsus etimad rəyidir.