ŞPA-nın müşahidəçisi: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir

"Ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır". Bunu 23 saylı Səbail dairə seçki komissiyasının 4 saylı məntəqəsində referendumu yaxından izləmiş AŞPA-dan olan müşahidəçi Sevda Gündüz SİA-ya verdiyi açıqlamasında bəyan edib.

Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmaq üçün əsas yoxdur: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31