Rusiyanın Ermənistana verdiyi "İsgəndər" raketləri danışıqlar düzənini pozdu
“Cənubi Qafqazda vəziyyət mürəkkəbləşmək üzrədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ABŞ və NATO Gürcüstanda möhkəmlənməyə çalışır. Rusiya isə Ermənistanda yeni növ silah-sursat daşımaqla mövqeyini gücləndirir: “Həmçinin, Rusiya Qarabağ münaqişəsinin həllində status-kvonu qorumaqla öz təsir imkanlarını genişləndirmək siyasətini davam etdirir.
26 Sentyabr 2016 16:19 Dünya"Cənubi Qafqazda vəziyyət mürəkkəbləşmək üzrədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ABŞ və NATO Gürcüstanda möhkəmlənməyə çalışır. Rusiya isə Ermənistanda yeni növ silah-sursat daşımaqla mövqeyini gücləndirir: "Həmçinin, Rusiya Qarabağ münaqişəsinin həllində status-kvonu qorumaqla öz təsir imkanlarını genişləndirmək siyasətini davam etdirir. Azərbaycanı mümkün hərbi əməliyyatlardan çəkindirmək üçün Ermənistana yeni növ taktiki "İsgəndər-M" raketləri verməklə regionun təhlükəsizliyini ciddi şəkildə təhdid etməkdədir". Politoloq deyir ki, aprel döyüşlərindən sonra aparılan yüksək danışıqlarda Cənubi Qafqazda müəyyən nizamlanmanın olacağını, Ermənistanın güzəştə gedib,Qarabağ münaqişəsində yeni atmosfer yaranacağını gözlənildiyinin əksinə,müharibə riski günü-gündən artmaqdadır: "Ermənistanın paradda güc nümayişi, ardınca Agdamda hərbi təlimləri,Ermənistanın sülhə və güzəştə hazır olmadığını göstərdi . Sülh təşəbbüsü ilə çıxış edən Rusiya, artıq susur. Azərbaycanın atacağı addımlar isə hərbi imkanlarını genişləndirmək, İsraildən ölkəmizə yeni RMS idxal etməkdir. Cənubi Qafqazda geosiyasi maraqlar uğrunda rəqabət dərinləşir . Azərbaycanın yeni modern silahlara sahib olması və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində İsraillə əməkdaşlıq zəruridir. Azərbaycan İsraildə səfirliyini açmalıdır. Və, bu,imkanları inkişaf etdirməlidir.Ərəb dünyasından çəkinməməli, bunlar öz daxili problemləri ilə məşğul olaraq, ciddi şəkildə parçalanıb. İran da Qərblə əlaqələrdə, yeni müstəviyə qədəm qoyub . Azərbaycan bunlardan çəkinməməlidir2. Politoloq deyib ki,. Rusiyanın Ermənistana verdiyi "İsgəndər"raketləri sülh və danışlkar düzənini pozdu və Azərbaycan buna qarşılıqlı addımlar atmalıdır.