Rusiya ilə Pakistan birgə hərbi təlimlər keçirir?

Tarixdə ilk dəfə Rusiya ilə Pakistan birgə hərbi təlimlər keçirir. Çerat hərbi bazasına 200 nəfərlik rus hərbçi heyəti gəlib. Təlimlər zamanı tərəflərin dağ şəraitində xüsusi əməliyyatların və bir çox hərbi taktiki fəndlərin birgə tətbiqinin işlənməsi nəzərdə tutulur. Pakistan tərəfi birgə hərbi təlimlərin və Rusiya ilə hərbi əməkdaşlığın dərinləşməsinə böyük ümidlər bəsləyirlər.

Tarixdə ilk dəfə Rusiya ilə Pakistan birgə hərbi təlimlər keçirir. Çerat hərbi bazasına 200 nəfərlik rus hərbçi heyəti gəlib. Təlimlər zamanı tərəflərin dağ şəraitində xüsusi əməliyyatların və bir çox hərbi taktiki fəndlərin birgə tətbiqinin işlənməsi nəzərdə
tutulur. Pakistan tərəfi birgə hərbi təlimlərin və Rusiya ilə hərbi əməkdaşlığın dərinləşməsinə böyük ümidlər bəsləyirlər. Hal-hazırda iki ölkə arasında SU-35 reaktiv qırıcıların satışı ilə əlaqədar danışıqlar davam edir. İki nüvə ölkəsinin birgə təlimlər keçməsi Hindistan və ABŞ da böyük narahatçılıqla qarşılanıb. Qeyd edək ki, son zamanlar Pakistan hərbçiləri Amerika ilə aparılan əməkdaşlıqdan ciddi narazılıqlar edirlər. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31