Gündəm
Bakıda dəhşət: iş adamı villasında özünü güllələdi
“Evə qadınlar gətirib, xanımının gözü önündə sekslə məşğul olub” - Sumqayıtda şok ailə dramı
Sumqayıtda 3 uşaq anası həyat yoldaşının seksual zorakılıqlarına dözə bilməyib və evdən qaçıb.
Xaricdə təhsil proqramı niyə dayandırılıb? - Deputat soruşdu, ekspert cavablandırdı
Ancaq bizdə elə ixtisaslar var ki, bu ixtisaslar üzrə xaricdə təhsil almaq olduqca vacibdi Xaricdə təhsil proqramının dayandırılması kifayət qədər aktual bir məsələyə çevrilib.
Dini radikalizm hardan qaynaqlanır?
Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır.
Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə...
Son illər ərzində Azərbaycanın səhiyyə sistemi xeyli ikişaf edib. Artıq ən çətin əməliyyatlardan hesab olunan orqan transplantasiyası ölkəmizdə həyata keçirilməkdədir.
Azərbaycan-humanitar məsələlərin müzakirə edildiyi məkan
Ötən həftə sonu bütün dünyanın diqqəti yenidən Azərbaycana yönəlmişdi. Belə ki, həftənin son 3 günündə Bakıda istər Azərbaycan, istərsə də beynəlxalq aləm, xüsusilə dünyadakı sülh və sabitliyə xidmət edəcək proseslər cərəyan edirdi. Bunlardan biri katoliklərin liderinin Azərbaycana səfərə gəlməsi idisə, digəri V Bakı Beynəlxalq Humanitar Forumu idi.
Torpaq mübahisələri artır
Ölklədə fəaliyyət göstərən bələdiyyə ərazilərinin dəqiq xəritəsi olmadığından bir sıra şəhər və rayonlarında torpaq mübahisələri hökm sürməkdədir. Məlumat üçün qeyd edək ki, sözügedən xəritələr tərtib edilmədiyindən bəzi bələdiyyələr nəinki qonşu bələdiyyənin, hətta dövlətə məxsus torpaqların satışına imza atıblar.
Turizm mövsümü uğurlu oldu
Artıq Azərbaycanda yay turizmi mövsümü başa çatıb. Ötən illərlə müqayisədə bu mövsümdə ölkəmizə gələn turistlərin sayının artdığını nəzərə alsaq yay turizminin Azərbaycanda səmərəli keçdiyini söyləyə bilərik.
Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın ikili siyasəti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iyirmi beş ildən artıqdır ki, həllini tapa bilmir ki, bilmir. Xüsusən, münaqişənin dinc yolla həlli məqsədilə 1994-cü ildə ATƏT-in Minsk qrupu yaradıldıqdan sonra ikili standartlar ucbatından məsələnin həlli düyünə düşüb. Minsk qrupunun həmsədr ölkəlrinin bir-birinə qarşı siyasi qısqanclığı nəticə etibarilə problemin həllində ikili standartların tətbiqinə rəvac verib.
Ermənistan ordusunda həyata keçirilən islahatlar nəyə hesablanıb?
Aprel döyüşlərində üzləşdiyi uğursuzluqdan sonra Ermənistan rəhbərliyi hərbi sahədə radikal islahatlar həyata keçirməyə başladı Uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi reallığı ilə barışa bilməyən Ermənistan rəhərliyi bunun səbəbini həyata keçirdiyi yalnış siyasətdə deyil, ordu rəhbərliyində axtardı.
“Azəravtoyol” ASC gücləndirilmiş iş rejiminə keçir
“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb.
Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb
Litvada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar jurnalisti, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev Litva Respublikası Seyminə deputatlığa namizədliyini irəli sürüb. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Litvada parlament seçkisi 2016-cı il oktyabrın 9-da keçiriləcək. 1958-ci ildə Quba rayonunda doğulan Mahir Həmzəyev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, daha sonra Vilnüs Dövlət Universitetinin aspiranturasında təhsil alıb, 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır. M.Həmzəyev Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri kimi mövzularda 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalənin müəllifidir. O, həmçinin, Azərbaycan nağıllarını və yazıçılarımızın əsərlərini Litva dilinə, eləcə də Litva nağıl və əsərlərini ana dilimizə tərcümə edib.
Oqtay Əsədov Latviya Seyminin sədrini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdirinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.
MTRŞ: Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər
“Azərbaycanda analoq yayım dekabrın 1-də dayandırılacaq. Hazırda çox az yerdə rəqəmli TV yayımı yoxdur. Həmin yerlərdə analoq yayımın dayandırılması bir qədər ləngiyə bilər”.














