Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın ikili siyasəti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iyirmi beş ildən artıqdır ki, həllini tapa bilmir ki, bilmir. Xüsusən, münaqişənin dinc yolla həlli məqsədilə 1994-cü ildə ATƏT-in Minsk qrupu yaradıldıqdan sonra ikili standartlar ucbatından məsələnin həlli düyünə düşüb. Minsk qrupunun həmsədr ölkəlrinin bir-birinə qarşı siyasi qısqanclığı nəticə etibarilə problemin həllində ikili standartların tətbiqinə rəvac verib.
4 Oktyabr 2016 13:48 SiyasətErmənistanın işğalçı siyasətini davam etdirməsinə rəvac verir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iyirmi beş ildən artıqdır ki, həllini tapa bilmir ki, bilmir. Xüsusən, münaqişənin dinc yolla həlli məqsədilə 1994-cü ildə ATƏT-in Minsk qrupu yaradıldıqdan sonra ikili standartlar ucbatından məsələnin həlli düyünə düşüb. Minsk qrupunun həmsədr ölkəlrinin bir-birinə qarşı siyasi qısqanclığı nəticə etibarilə problemin həllində ikili standartların tətbiqinə rəvac verib. Ötən illərin təhlili deməyə əsas verir ki, aparıcı həmsədr dövlətlərdən olan Rusiya və ABŞ Qarabağ münaqişəsinin "həllində" bəhsə giriblər. Daha dəqiq, münaqişənin həllində fəallıq göstərən, onu dayaq nöqtəsindən tərpənməyə cəhd göstərən, bəzi hallarda tətəflərin ortaq məxrəcə gəlməsi üçün razılıq əldə edən tərəf dərhal ittihamlara məruz qalır, qarşı tətəfdən verilən ifşaedici bəyənatla görülən işlərin üzərindən qırmızı xətt çəkilir. Belə məlum olur ki, sözügedən münaqişənin həlli ya həmsədr ölkələrin regiondakı maraqlarına cavab vermir, ya da problemin açıq saxlanması ilə münaqişə tərəflərinə təsir rıcağını əllərində saxlamış olurlar. Etiraf edilməlidir ki, həmsdər dövlətlər tərəfindən sərgilənən bu mövqe həm də statuc-kvonun saxlanmasına xidmət edir. AÇŞ Dövlət Departamentinin Dağlıq Qarabağla bağlı verdiyi son açıqlaması dediklərimizi bir daha təsdiq etmiş olur. Xəbər verildiyi kimi, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Atlantik və Aspen İnstitutunda dünyanın müxtəlif yerlərində münaqişələri müzakirə edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xatırladıb. O deyib ki, hazırda Dağlıq Qarabağ ətrafında Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll edilməsi üçün şərait yetişməyib, çünki "liderlər buna hazır deyil". Ardınca Dövlət Departamenti Kerrinin Qarabağ münaqişəsi barədə şərhlərinə aydınlıq gətirib. Belə ki, oktyabrın 3-də ABŞ Dövlət Departamentinin press-brifinqində AZƏRTAC-ın xüsusi müxbiri Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudodan dövlət katibinin Ermənistan-Azərbaycan münaqişəsi barədə şərhlərinə açıqlama verməsini xahiş edib. O, qeyd edib ki, bu ilin mart ayında Con Kerrinin verdiyi bəyanatda ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Vurğulayıb ki, ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il mayın 7-si) yer alıb. Bu çıxışda qeyd olunub ki, münaqişənin nizama salınması üçün Ermənistan ordusu keçmiş Dağlıq Qarabağın işğal edilmiş ətraf rayonlardan çıxarılmalı, məcburi köçkünlərin öz yerlərinə qayıtmaları üçün şərait yaradılmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli və bundan sonra gələcəkdə regionun statusu müəyyən edilməlidir. Çünki Azərbaycanın mövqeyi yuxarıda qeyd edilənlərlə ziddiyyət təşkil etmir, ABŞ-ın mövqeyi və Minsk prosesi ilə üst-üstə düşür, Ermənistan isə öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmaqdan imtina edir, - deyə o, ABŞ xarici siyasət idarəsinin bəyanatına aydınlıq gətirilməsini xahiş edib. E.Trudo öz cavabında qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: "Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk qrupunun həmsədriyik". O, deyib ki, münaqişə üzrə uzunmüddətli mövqe, Minsk qrupunun həmsədri kimi, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə kimi prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır. E.Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələrinin vacibliyini bir daha vurğulayıb. Əvvəla onu qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu bundan o tərəfə keçməyib. Ən yaxşı halda dövlət rəsmiləri bəyan edib ki, "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Münaqişənin sülh yolu ilə həllinə tərəfdardır". Bu fikir ABŞ Dövlət Departamentinin adından verilən aşıqlamada da təsdiqini tapır. Elizabet Trudodan deyib ki, "ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il mayın 7-si) yer alıb". Göründüyü kimi ABŞ 2014-cü ildən bəri Qarabağ probleminni həllində mövqeyini qətiyyən dəyişməyib. "Əlini əlinin üstünə qoyaraq" oturub gözləyir ki, tərəflər nə zaman münaqişənin həllində razılığa gələcəklərsə, o zaman sülh müqaviləsinin imzalanma mərasimində iştirak etsin. Ancaq qətiyyətlə demək olar ki, Ermənistan heş bir halda könüllü şəkildə işğal etdiyi torpaqları geri qaytarmayacaq. Əksinə, beynəlxalq ictimaiyyətdən təzyiq əvəzinə humanitar yardım alan İrəvan həmin torpaqlarda "at oynadacaq". O zaman belə bir sual yaranır, əgər problemi tərəflər həll edəcəklərdisə Minsk qrupunun yaradılmasına nə ehtiyac var idi?
Fakt ondan ibarətdir ki, Azərbaycan bu problemin həlli üçün diplomatik fəaliyyətini bir an belə dayandırmasa da, münaqişənin həlli üzrə vasitəçilik missiyasını həyata keçirdiyini bəyan edən həmsədrlər üzərlərinə düşən işi yerinə yetirməkdə heç də həmişə aktivlik göstərmirlər. Hətta bəzən onların bu işin həllində maraqlı olmadıqları da sezilir. Baxmayaraq ki, dəfələrlə Azərbaycanın dövlət rəsmiləri, hətta ölkə başçısı həmsədrlərin fəaliyyətindən narazılıqlarnı ifadə edib. Məhz bu fəaliyyətin nəticəsidir ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə davam edir. Ən təəssüfedici məqam isə odur ki, Minsk qrupu həmsədrlərinin heç bir ciddi təzyiq siyasəti müşahidə olunmur. Yəni, indiyə qədər Ermənistana "gözün üstə qaşın var" deyən olmayıb. Məsələ orasındadır ki, həmsədr ölkələr çox gözəl başa düşürlər ki, münaqişənin həllində alternativ yol yalnız müharibədir, sülh yolu ilə danışıqlar limiti isə tükənmək üzrədir. Deməli, silahlı münaqişədən yayınmaq üçün həmsədr dövlətlər öz mövqeyini qəti şəkildə ortaya qoymalıdırlar. Əks halda müharibə qaçılmaz olacaq.
Alim