Ermənistan ordusunda həyata keçirilən islahatlar nəyə hesablanıb?

Aprel döyüşlərində üzləşdiyi uğursuzluqdan sonra Ermənistan rəhbərliyi hərbi sahədə radikal islahatlar həyata keçirməyə başladı Uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi reallığı ilə barışa bilməyən Ermənistan rəhərliyi bunun səbəbini həyata keçirdiyi yalnış siyasətdə deyil, ordu rəhbərliyində axtardı.

Ekspertlər bunu Serj Sərkisyanın növbəti illərdəki hakimiyyət planları ilə əlaqələndirirlər

Aprel döyüşlərində üzləşdiyi uğursuzluqdan sonra Ermənistan rəhbərliyi hərbi sahədə radikal islahatlar həyata keçirməyə başladı Uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi reallığı ilə barışa bilməyən Ermənistan rəhərliyi bunun səbəbini həyata keçirdiyi yalnış siyasətdə deyil, ordu rəhbərliyində axtardı. Beləliklə, Serj Sərkisyan aprel uğursuzluğunda günahı olan bir neçə yüksək rütbəli zabiti ordu sıralarından uzaqlaşdırıldı. Bu günlərdə isə Ermənistanın hərbi sahəsində daha bir ciddi dəyişiklik həyata keçirilib. Belə ki, Seyran Ohanyan müdafiə naziri postundan uzaqlaşdırılaraq bu vəzifəyə Vigen Sərkisyan gətirilib. Çoxları yeni təyinatı Ermənistanın müharibəyə hazırlığı kimi qiymətləndirsə də, əslində Vigen Sərkisyanın tərcümeyi halına nəzər yetirdikdə deyilənlərin əksi görünür. Belə ki, yeni müdafiə naziri indiki postuna qədər yalnız kabinet işində çalışıb. 20 yaşında Ermənistan parlamenti spikerinin köməkçisi olan Sərkisyan 2000-2003-cü illərdə Ermənistan Müdafiə Nazirliyinin əsas binasında referent kimi çalışıb. 28 yaşında isə o, prezidenti Robert Koçaryanın köməkçisi olub. 2009-2011-ci illərdə isə prezident aparatının rəhbər müavini, 2011-ci ildən indiyədək Ermənistan prezident aparatının rəhbəri postunu tutub. Göründüyü kimi yeni nazir demək olar ki, hərbi biliklərdən çox-çox uzaq birisidir. Ona görə də Ermənistanın Müdafiə Nazirliyi sistemində həyata keçirilən dəyişikliyi işğalçı ölkənin müharibəyə hazırlığı kimi dəyərləndirmək o qədər də doğru olmazdı. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan prezidenti Serj Sərkisyanın müdafiə naziri Seyran Ohanyanı istefaya göndərib, əvəzinə prezident administrasiyasının rəhbəri, mülki şəxs Vigen Sərkisyanı müdafiə naziri təyin etməsi, islahat görüntüsü yaratmaqdır: "Əsas plan Seyran Ohanyanın gələn il formalaşacaq parlamentli respublikada prezident postuna gətirilməsidir. Yeni konstitusiyaya uyğun olaraq ölkəni prezident deyil, baş nazir idarə edəcək. Serj Sərkisyan baş nazir olaraq ölkəni idarə edəcək2. Politoloq deyib ki, bununla Sərkisyan bütün hakimiyyəti öz əlində cəmləşdirmək siyasətini formalaşdırır: "Serj Sərkisyan Qarabağ klanına arxalanaraq, onu öz ətrafında cəmləşdirməklə daxili siyasi təzyiqlərdən qorunur. Qarabağdan olan Ermənistan ordusunun Baş Qərargah rəisini Təhlükəsizlik Şurasının baş katibi təyin eməsi, həmçinin ölkənin yeni baş naziri postuna da qarabağlını gətirməsi bundan irəli gəlir. Serj Sərkisyan Seyran Ohanyanı prezident gətirməklə rəqibi Robert Koçaryanın mümkün siyasi təsirlərindən qorunacaq". Məhəmməd Əsədullazadənin sözlərinıə görə, Serj Sərkisyan Seyran Ohanyanı kənarlaşdırarsa, əks təqdirdə Ohanyan Koçaryanla siyasi ittifaqa gedə bilər: "Bu ittifaq Serj Sərkiyanın sonu ola bilər. Ermənistanda siyasi idarəçilikdə həyata keçirilən yerdyişmə birbaşa Kremllə razılaşdırlır". Politoloq onu da bildirib ki, gələn il formalaşacaq, yeni Ermənistan rəhbərliyi Qarabağ danışıqlarından maksimum yayınacaq: "Azərbaycan ordusu, artıq yeni təlimlərə strat verib. Regionda dəyişən hərbi-geosiyasi situasiya Qarabağda yeni

münaqişənin alovlanmasını sürətləndirir. Ermənistanın yeni müdafiə naziri isə orduda istənilən islahatlara getmək bacarığında deyil".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan prezidenti Serj Sərkisyanın hərbçi Seyran Ohanyanın əvəzinə 1975-ci il təvəllüdlü, İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alan Vigen Sərkiysanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır: "Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunun əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir. Ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün mdüafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Vigen Sərkiysan ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Serj Sərkisyanın Ermənistan ordusunda oğurluğa son qoyulması istəyini anladım, bəs əgər müharibə başlayarsa akademik təhsil alan və Seyran Ohanyandan fərqli olaraq savaş təcrübəsi olmayan Vigen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Bunu yoxlamaq isə artıq Azərbaycan ordusunun vəzifəsidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31