Dini radikalizm hardan qaynaqlanır?

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır.

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün deyil, əksinə tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunmuşdur. Din uğrunda edilən müharibələr, və ya din pərdəsi altında aparılan işğançılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil etmişdir. Günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran hal isə, son on illikdə islami radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir. Maraqlıdır, dini radikalizm haradan qaynaqlanır? "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib ki, Azərbaycanda dini radikalizm son zamanlara qədər elə də populyar bir mövzu deyildi. Çünki Azərbaycan tarixən başqa dinlərə tolerant yanaşmış ölkədir və burada radikalizmə gətirib çıxaracaq amillər yox idi: "Biz xarici ölkələrə gedəndə Azərbaycan haqda deyirlər ki, çox qəribədir, sizdə sinaqoq, kilsə və məscid yan-yana dayanıb. Bu bizim üçün çox böyük dəyərdir, çünki biz ölkəmizdə hər kəsin dininə hörmətlə yanaşır, azlıqda olan dinlərin nümayəndələrinə öz dini inanclarını yaşatmağa şərait yaradırıq.Ölkə əhalisinin 96%-i İslam dininin təmsilçiləridir. Bizdə şiə təriqətinin nümayəndələrinin sayı üstünlük təşkil edir. Lakin bizdə müxtəlif təriqətlər arasında da qlobal anlamda münaqişələr heç zaman olmayıb". Birlik sədrinin sözlərinə görə, son vaxtlar, xüsusən də Nardaran hadisələri zamanı Azərbaycanda dini radikalizm məsələsi diqqət mərkəzinə gəlib. "Bəzi dindarlar artıq ölkənin siyasi həyatına müəyyən mənada müdaxilə etməyə cəhd edirdilər. Bunun isə qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı. Məlumdur ki, Azərbaycandan bəzi adamlar İŞİD sıralarına qoşulamağa başladı. Onlarınqanunsuz yollarla Türkiyə və Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasınaqoşulmasına dair məlumatlar var". Birlik sədrinin sözlərinə görə, bunun səbəbi müəyyən radikal qruplaşmaların insanların sosial-iqtisadi vəziyyətindən, məlumatsızlığından istifadə edərək onları ələ alması, beyinlərini yumasıdır: "Bəzi dini cərəyanlar işsizlikvə insanların sosial-psixolojı vəziyyətindən istifadə edərək onları öz tərəflərinə çəkirlər". Ü.Abdullayeva Azərbaycan qanunvericiliyinə dini fanatizm və düşmənçilik zəminində Konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı ağır cəzaların tətbiqi, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsi ilə bağlı təklifləri də şərh edib. Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib ki, Azərbaycanda dini tolerantlıq, multikulturalizm dəyərlərinin təbliği, eləcə də, radikal ekstremizm, dini radikalizmə qarşı mübarizə istiqamətində dövlət siyasəti həyata keçirilir: "Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə tolerantlıq, multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi, ölkəmizdə 2016-cı ilin "Multikultralizm ili" elan olunması Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir". Dini ekspert Rəsul Mirhəşimli qeyd edib ki, müasir dövrdə bütün dünyada geniş vüsət almış və əsas qlobal təhdidlərdən birinə çevrilmiş dini ekstremizm - dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm əməlləri qəbul edilməzdir. Bu problemlərə qarşı Azərbaycanda da preventiv tədbirlər görülür. Belə ki, 05 dekabr 2015-ci il tarixdən "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qüvvəyə minib. Müvafiq dövlət qurumları, xüsusən Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə müsəlmanların inteqrasiyasını stimullaşdırır. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Dünyanın müxtəlif nöqtələrində baş verən kataklizmlərə rəğmən Azərbaycan sabitlik baxımından nadir ölkələrindəndir: "Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, heç bir vaxt milli-dini zəmində qarşıdurma baş verməyib və birgə çalışıb, yaşayıblar. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı bu adi birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir". R. Mirhəşimli bildirib ki, yuxarıda sadalanan bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi, Azərbaycan xalqının birliyi ölkənin bu günkü sürətli və davamlı hərtərəfli inkişafında özünü əyani surətdə göstərir. Ölkəmizdə fərqli inanc, düşüncə və davranışlara sahib insanların bir arada qarşılıqlı anlaşma şəraitində yaşaya bilirlər. Böyük əksəriyyət başqalarının fərqliliklərini sayğı ilə qarşılayır. Müqəddəs kitabımız olan Qurani-Kərimdə toleriant olmağa təşviq edən çoxlu ayələr var. Məsələn: (O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər". ("Ali- İmran" surəsi, ayə 134). 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31