Torpaq mübahisələri artır

Ölklədə fəaliyyət göstərən bələdiyyə ərazilərinin dəqiq xəritəsi olmadığından bir sıra şəhər və rayonlarında torpaq mübahisələri hökm sürməkdədir. Məlumat üçün qeyd edək ki, sözügedən xəritələr tərtib edilmədiyindən bəzi bələdiyyələr nəinki qonşu bələdiyyənin, hətta dövlətə məxsus torpaqların satışına imza atıblar.

Bəzi icra başçıları məsələ ilə əlaqədar parlamentə müraciət ediblər
 

Ölklədə fəaliyyət göstərən bələdiyyə ərazilərinin dəqiq xəritəsi olmadığından bir sıra şəhər və rayonlarında torpaq mübahisələri hökm sürməkdədir. Məlumat üçün qeyd edək ki, sözügedən xəritələr tərtib edilmədiyindən bəzi bələdiyyələr nəinki qonşu bələdiyyənin, hətta dövlətə məxsus torpaqların satışına imza atıblar. Məhz bu kimi qanunsuz əməllərin nəticəsidir ki, hazırda müxtəlif şəhər və rayonlar arasında torpaq mübahisəsi yaranıb. Millət vəkili, Milli Məclisin regional məsəllər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, bu kimi problemlərin aradan qaldırılması məqsədilə bələdiyyə torpaqlarının və rayonlararası mübahisəli ərazilərin sərhədlərinin dəqiqləşdirməsi məqsədilə yeni elektron xəritələr hazırlanacaq. Artıq bununla bağlı qanun layihəsi var və onun parlamentdə müzakirəsi gözlənir. Deputat bildirib ki, bu gün ölkənin bir çox rayonunun bələdiyyə və digər növ torpaqlarında mübahisəli məqamlar var: "Hazırda ölkənin şəhər və rayonlarında ciddi torpaq mübahisələri var. Artıq biz Milli Məclisin Regional məsələlər komitəsində bir dəfə bu məsələni müzakirə etmişik. Xeyli rayon aralarında olan torpaq mübahisələrinə görə anlaşmazlıq və narazılıqlar yaşayır. Düzdür, bir neçə rayonda belə mübahisələrə son qoyulub. Amma yenə də rayonların sərhədlərində olan torpaqların ayırd edilməsi məsələsi yaranıb. Bununla yanaşı, ölkədə bələdiyyə balansında olan torpaqların sərhədlərinin dəqiqləşdiriləməsinə böyük ehtiyac var və bələdiyyə torpaqlarının da yeni elektron xəritələri yaradılmaldır". Deputat bildirib ki, hətta bəzi rayon və şəhərlərin icra başçıları mübahisəli torpaq məsələsinə görə Milli Məclisdə müraciət də ediblər: "Abşeron, Sumqayıt, Binəqədi və daha bir sıra rayonların icra başçıları da müraciət edərək, rayonlar arasında mübahisəli ərazilərin və bələdiyyə torpaqlarının olduğunu bildiriblər. Əslində elə rayonlar arasındakı mübahisəli ərazilər və bələdiyyə fondundakı torpaqların sərhədlərini dəqiqləşdirilməməsi birbaşa olaraq regionlarda insanların da hüquqlarını kobud şəkildə pozur və əhaliyə aid olan torpaqların oğurlanmasına səbəb olur". Çox təəssüf ki, bu gün bələdiyyələr yalnız porpaq satan orqan kimi tanınır. Ekspertlər hesab edirlr ki, hazırda bələdiyyələrin inkişaf edərək yerli problemlərin həllində iştirak etmələri üçün kifayət qədər imkanlar mövcuddur. Buna baxmayaraq, öz potensallarındın səmərəli istifadə etmdiklərindən bələdiyyələr dövlət büdcəsindən dotasiyalar almaq zorunda qalıblar. Nəzərə almaq lazımdır ki, hazırda bələdiyyələr əmlak və torpaq vergisi alırlar. Belə halda niyə onlar alınan bu vergiləri sosial xidmətə sahələrinə yatırmasınlar? Vəziyyət o həddə çatıb ki, bələdiyyə qulluqçuları yerli əhali ilə, xalqla yaxşı davranmırlar. Hətta kəndlilərin torpaqlarını mənimsəyən, satan bələdiyyələr də var. Bu gün bələdiyyələr insanların hüquqlarını kobud şəkildə pozurlar. Özlərinin mülkiyyətində olan torpaqları dağıdırlar. Odur ki, bələdiyyələrin məsuliyyəti mütləq şəkildə inzibati və digər qaydada hüquqi şəkildə tənzimlənməlidir. T.Rzayev hesab edir ki, referendumda bələdiyyələrlə bağlı edilən dəyişikliklər bu qurumun fəaliyyətinin dirçəlməsinə stimul verəcək. Konstitusiyanın böyük bir bölməsi yerli idarəetmə orqanlarına həsr olunur. Konstitusiyanın 142 və 146-cı maddələri bilavasitə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə, onların işinin təkmilləşməsinə xidmət edən maddələrdir. Bu, Azərbaycan Konstitusiyasında öz təsdiqini tapıb. Çox yaxşı haldır ki, yeni Konstitusiya dəyişikliklərində 146-cı maddəyə əlavə maddənin ayrılması nəzərdə tutulur ki, bu da bələdiyyələrin məsuliyyətinin artırılması ilə əlaqədardır: "Sözsüz ki, bələdiyyələr yarandıqları son 16 ildə müəyyən inkişaf yolu keçiblər. Fəaliyyətlərində də müəyyən nöqsanlar var. Lakin bu gün ölkədə istər xalqın, istərsə də dövlətin tələbi, təklifi budur ki, yerli özünüidarəetmə orqanları inkişaf eləsinlər. Bunun inkişaf etdirilməsi üçün kadrların, bələdiyyə üzvlərinin məsuliyyəti artırılmalıdır. Bunlar seçkili orqan olaraq xalqı təmsil edirlər. Əhəmiyyətli sosial məsələlərin həllinə çalışırlar. Ona görə də iqtisadiyyatın, sosial həyatın inkişafı ilə əlaqədar bələdiyyələr də öz sözlərini deməlidirlər. Bir çox bələdiyyələr müəyyən qaydada bunu həyata keçirə biliblər". Deputat vurğulayıb ki, bələdiyyələr hər zaman sosial məsələlərin həllində yalandan bəhanələr gətirirlər:"Bəziləri deyirlər ki, bələdiyyələrin sosial inkişafa stimul vermək səlahiyyətləri yoxdur. Amma belə deyil. Bələdiyyələr haqqında qanuna görə, hər bir yerli özünü idarə etmə orqanı öz fondu, büdcəsi hesabına, öz nəzdində məktəb, bağça və digər bu kimi sosial xidmət sahələri yarada bilərlər. Amma bu gün Azərbaycanda bələdiyyələr bərbad gündə olduğundan, başları yalnız torpaq alverinə qarışdığından görə öz funksiya, vəzifə və səlahiyyətlərini unudublar. Nəyə görə axı Türkiyə və digər Avropa ölkələrində olduğu kimi Azərbaycanda bələdiyyələr öz ictimai iaşə, servis xidmətlərini həyata keçirməsinlər? Məsələn, axı niyə onlar gözəllik salonu açmasınlar? Nə üçün regionlarda və Bakıda əhali uşaqları çox baha ödənişlərlə bağçalara qoymağa məcbur olmalıdır ? Axı bələdiyyələr fondlarındakı büdcələri hesabına bağçalar aça bilərlər? Bu kimi sosial problemlərin həllində axı bələdiyyələr mühüm rol oynaya bilərlər. Hətta bələdiyyələrin dərslərdən əlavə kurslar, dərnəklər də açmaq səlahiyyətləri var. Amma bu gün yerli özünü idarəetmə orqanı olan bələdiyyələr yalnız torpaq alveri edirlər". Deputat bəzi bələdiyyələrin işində irəliləyişin hiss olunmadığını nəzərə çatdıraraq deyib ki, qanuna ediləcək dəyişiklik irəliyə doğru addımdır: "Keçən dövr var ki, bələdiyylərin işində müsbət irəliləyişlər hiss olunmamaqdadır. Bu da ondan irəli gəlir ki, müəyyən bələdiyyələr öz fəaliyyətlərinə lazımi qiymət vermirlər. Müəyyən bələdiyyə qulluqçuları, üzvləri əhali ilə sıx təmasda olmurlar. Onların təklifləri, arzuları, istəkləri ilə vaxtaşırı maraqlanmır. Ancaq müəyyən qaydada maliyyə məsələlərini yaxşılaşdırmaq üçün addımlar atırlar. Ona görə referendum aktında nəzərdə tutulur ki, bələdiyyələrin məsuliyyəti artırılmalıdır. Bəzi adamlar deyir ki, dövlətin bələdiyyələrə diqqəti yoxdur. Fikir verin! Əgər Konstitusiyaya dəyişikliklərdə bələdiyyələrin inkişafı ilə əlaqədar yeni bir maddə salınıbsa, dəyişiklik olursa, deməli, dövlətin də, xalqın da buna diqqəti var. Bu, həm də xalqın tələbidir. Bu, irəliyə doğru atılmış bir addımdır". Qeyd edək ki, ekspertlərin qənaətinə görə, referendumla Konstitusiyanın 146-cı maddəsinə (Bələdiyyələrin məsuliyyəti) əlavə edilən yeni bənd doğrudan da yerli özünüidarə orqanının fəaliyyətində dönüş yaradacaq. Çünki yeni bənddə göstərilir ki, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana, onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Ancaq məsələ orasındadır ki, sözügedən dəyişiklik heç bir halda fəaliyyətində qanunsuzluğa yol vermiş bələdiyyələrə bəraət qazandırmayacaq. Qanunsuz satılan torpaqlarla bağlı mübahisələrin həlli istər-istəməz uzun müddət davam edəcək ki, bu da bələdiyyələrin gəaliyyəti üçün əlavə problem deməkdir. 

Nurlan 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31