“Azəravtoyol” ASC gücləndirilmiş iş rejiminə keçir

“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb.

"Azəravtoyol" ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək, o cümlədən vəziyyətə operativ nəzarət etmək məqsədi ilə cəmiyyətin mərkəzi aparatında gərargah yaradılıb. Bundan başqa tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə "Azəravtoyol" ASC-də sutkalıq növbətçilik yaradılıb. Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədi ilə (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, "Qaynar xətt" fəaliyyət göstərir. "Qaynar xətt" 24 saat ərzində daxil olan zəngləri qəbul edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31