Gündəm
Avropaya atılmış “miqrant bombası” nə zaman partlayacaq? - TƏHLİL
Son aylar Avropada miqrasiya problemin kəskinləşməsi müşahidə olunmur. Bu, hamını sevindirsə belə, prosesin yenidən “baş qaldırması” istisna deyil. Avropa ölkələri arasında bu barədə danışıqlar, işgüzar əməkdaşlıq, işgüzar hərəkətlər dayanmadan davam edir, Türkiyənin bu prosesdə faktiki olaraq “son sərhəd” adlana biləcək böyük rol oynaması hamı tərəfindən vurğulanır. Bir çox Avropa ölkələri buna görə Türkiyə ilə əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaq tərəfdarıdır, qaçqınların Avropada qəbul edilməsi təşəbbüskarı olan Almaniyada məsələ ilə bağlı siyasi qarşıdurmalar davam etsə də, proses gedir və sair. Amma bir məsələ maraqlıdır - miqrant problemi reallıqda hansı vəziyyətdədir?
Türkiyədə FETÖ ilə əlaqədar 88 hərbçi saxlanılıb
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində bu gün Konya Hərbi Hava Bazasında 21-i yüksək rütbəli zabit olmaqla, 56 nəfər saxlanılıb.
Rusiya Suriyada yeni hava hücumundan müdafiə sistemi yerləşdirib
Rusiya Suriyada ilə dəfə olaraq "Antey-2500" C-300B4 (NATO təsnifatına görə SA-23 Gladiator) qabaqcıl havahücumundan müdafiə sistemi yerləşdirib.
MTRŞ: Analoq yayımın dayandırılması yalnız yerüstü yayıma aiddir
“Analoq yayımın dayandırılması yalnız yerüstü yayıma aiddir”. BunuAPA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri professor İsa Məmmədov deyib.
ETSN-də kadr dəyişikliyi olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev vəzifəsindən azad edilib. Bu barədə APA-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Mixail Qusman: “Müzakirə olunan məsələləri Bakı Forumunun yatırımı hesab etmək olar"
“V Bakı Beynəlxalq Humanitar Forumu müasir zəmanədə baş verən hadisələrin və mürəkkəb məsələlərin həllində böyük əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman deyib.
"Əl-Qaidə"nin lideri öldürüldü
Suriyada dünən həyata keçirilən hava hücumunda "Əl-Qaidə" terror təşkilatının liderlərindən olan və Əhməd Salamah Mabruk kimi tanınan Əbu Əl-Faraj Əl-Misri vurulub.
Novella Cəfəroğlu: “Leyla Yunus haradadır?” İTTİHAM
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropada mühacirətdə yaşayan Sülh və Demokratiua İnstitunun (SDİ) direktoru Leyla Yunusun xarici ölkədə yaşayaraq, Azərbaycanda “siyasi məhbus” siyahısı hazırlamasına etirazlı münasibət bildirib. Cəfəroğlu deyib ki, bu şəxsin Azərbaycanda olmaya-olmaya hansısa siyahı hazırlaması doğru qərar deyil. İşçi qrupunun üzvü sual edib: “Leyla Yunus məgər Azərbaycandadır ki, siyahı da tərtib etsin? O hardadır? Azərbaycanda olmaya-olmaya necə siyahı tərtib edə bilər?”.
Ehtiram Mehdiyev: “Əli Kərimli AXCP-ni ləkələməyə çalışır”
“20 ildən çoxdur ölkədə "dələduz işlərin" arxasında Əli Kərimli möhürü çıxmağına cəmiyyət artıq öyrəşib. Yurd sədrinin əsas məqsədi illərdir fədakar insanları aldadaraq, çirkin siyasətinə qurban verməklə öz maraqlarına xidmət etməkdir. Bu günlərdə də cəmiyyət Əli Kərimlinin Avropada miqrant alveri ilə məşğul olduğunun şahidi oldu”. Bunu SİA-ya alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.
Təranə Qumral özündən çıxdı: "Tərəzi qadının işinə burun soxanın..."
Təranə Qumralın xətrinə dəyiblər.
"Bununla özümü xalqa açıram"
Türkiyənin məşhur müğənni və aktrisası Hülya Avşar özü rejissorluq etdiyi filminin çəkilişlərinin ilk hissəsini bitirib.
Aparıcı Yusif aktrisanı susdurdu: " Sən necə azərbaycanlı qadınsan ki, gecə 11-də..."
Əməkdar artist Kəmalə Hüseynova ilə ATV-nin aparıcısı Yusif Ağayev arasında canlı efirdə qalmaqal yaşanıb.
İki qardaş dəm qazından boğulub
Azərbaycanda iki qardaş dəm qazından boğularaq ölüb. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan İlham Musayev və qardaşı İntiqam Musayev evlərində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
"Zaminbank"da müflis elan edildi
Ləğvetmə prosesində olan “Zaminbank” ASC məhkəmə qərarı əsasında müflis elan edilib. Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında bildirib. Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu “Başak İnam Sığorta” ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin “Zaminbank”dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub. Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir.
ABŞ jurnalistləri Milli Məclisdə olublar
Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ABŞ jurnalisti Raul Loveri Kontreras ilə görüşüb. MM-dən verilən məlumata görə, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Raul Loveri Kontreras bildirdi ki, o, Xocalı soyqırımı haqqında kitabın müəllifidir.














