Gündəm

İqtisadiyyata kredit qoyuluşu artıb

4 Oktyabr 2016 12:58

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il oktyabr ayının 1-nə 16 328,6 mln. manat təşkil edib. Bu barədə Mərkəzi Bankdan verilən məlumata görə, kredit qoyuluşu sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 126,3 mln. manat və ya 0,78% artıb. Məlumatda qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 849,7 mln. manat və ya 10,17% , 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 3 181,2 mln. 

Eldar Quliyev QDİƏT Parlament Məclisinin tədbirinə qatılacaq

4 Oktyabr 2016 12:55

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edib. Bu barədə MM-dən verilən məlumata görə, QDİƏT PM-nin Hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında “Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə “QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar” mövzularında müzakirələr aparılacaq.

Deputatlarımız Belçikaya səfər ediblər

4 Oktyabr 2016 12:54

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər ediblər.

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

4 Oktyabr 2016 12:52

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir".

Prezident İlham Əliyev və xanımı Rəşid Behbudovun heykəlinin açılışında iştirak ediblər

4 Oktyabr 2016 12:51

Oktyabrın 4-də dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi olub.

İstilər davam edəcək

4 Oktyabr 2016 12:49

Bakı və Abşeron yarımadasında oktyabrın 5-də havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Nəsimi rayonunda Müəllim günü qeyd olunub

4 Oktyabr 2016 12:47

Oktyabrın 4-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.

Elmar Məmmədyarov Belçikaya gedir

4 Oktyabr 2016 12:43

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Bu barədə “Olaylar”-a XİN-dən məlumat verilib. Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Məmmadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Maraqlı: Azərbaycanın hansı rayonunda Leninin heykəli uçurulmayıb

4 Oktyabr 2016 12:41

“Sovetlər birliyinin dağılması ilə bütün SSRİ məkanında olduğu kimi, Azərbaycanda da Leninin heykəlləri öz funksionallığını itirdi. Amma müəyyən istisnalar da var”. Məsələn, Azərbaycanın Qəbələ rayonundakı Qəmərvan kəndində kommunist rəhbərin heykəli hələ də qalmaqdadır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı Zaur Əliyev verib. Məlumatda qeyd olunub ki, “dahi rəhbər”in heykəlinin ətrafını ot-alax bassa da, lakin heykəl digər rayon və şəhərlərdə olduğu kimi uçurulmayıb və bu günə qədər də yerində qalır.

Azərbaycan birinciliyi başa çatıb

4 Oktyabr 2016 12:39

Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatıb.

Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu müzakirə edilib

4 Oktyabr 2016 12:35

Hərbi Dəniz Qüvvələrində "Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu" mövzusunda seminar keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbiri Hərbi Dəniz Qüvvələrinin zabiti 1-ci dərəcəli kapitan Natiq Bağırov açaraq qeyd edib ki, Azərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş qadınlarımızın xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olub.

Daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

4 Oktyabr 2016 12:31

“Azneft” İstehsalat Birliyi hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri uğurla davam etdirir, işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, təmiri istiqamətində mühüm tədbirlər həyata keçirir.

ATXƏM-dən diaspor rəhbərini müdafiə çağırışı

4 Oktyabr 2016 12:30

Hollandiya Azərbaycan diasporunun rəhbəri İlhan Aşkın bu gün məhkəmədə ifadə verəcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bütün diaspora təşkilatlarını İlhan Aşkının müdafiəsinə qalxmağa çağırır. Qeyd olunur ki, ermənilər İlhan Aşkının gələcək fəaliyyətinə əngəl yaratmaq üçün məhkəmələrdən psixoloji təsir vasitəsi kimi istifadə edir".

Finlandiyalı jurnalistlər cəbhə xəttində

4 Oktyabr 2016 12:28

Finlandiyanın “İltalehti” jurnalının müxpiri Antero Eerola və fotoqraf Jael Karppanen  cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış məcburi köçkünlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.

9 ayda elektron xidmətlərdən 4,5 milyon dəfəyə yaxın istifadə qeydə alınıb

4 Oktyabr 2016 12:27

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim edilən elektron xidmətlər müvafiq xidmətlərdən vətəndaşların rahat və şəffaf şəkildə istifadəsinə geniş imkanlar yaradır. Cari ilin sentyabr ayında da həmin e-xidmətlərə əhali tərəfindən böyük maraq müşahidə edilib.