Elmar Məmmədyarov Belçikaya gedir

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Bu barədə “Olaylar”-a XİN-dən məlumat verilib. Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Məmmadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Bu barədə "Olaylar"-a XİN-dən məlumat verilib. Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Məmmadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31