Finlandiyalı jurnalistlər cəbhə xəttində
Finlandiyanın “İltalehti” jurnalının müxpiri Antero Eerola və fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış məcburi köçkünlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
4 Oktyabr 2016 12:28 SosialFinlandiyanın "İltalehti" jurnalının müxpiri Antero Eerola və fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış məcburi köçkünlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Görüşdə rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Qeyd olunub ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Bildirilib ki, ermənilərin təxribatı bununla bitmir. İşğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir, nəticədə 31500 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Sonra qonaqlar rayon ərazisində yerləşən N saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına baxıblar.