Gündəm
Yol nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyası aparılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” adlı layihə həyata keçirir.
Yeni piyada keçidi istifadəyə verilib
Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Təhsil krediti almaq istəyən tələbələr üçün imkan
“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər.
Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib
Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov oktyabrın 10-da Abşeron rayon şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
DAA-nın Azərbaycan nümayəndəliyi təyin olundu
Dünya Azərbaycanlıları Assambleyası İdarə Heyyətinin iclası keçirilib. DAA-dan “OLAYLAR”-a bildirilib ki, iclasda bir sıra nümayəndəliklərin təsis edilməsi və həmin nümayəndəliklərə rəhbərliklərin təyinatının təsdiq edilməsi müzakirə olunub.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
"Son dövrlər xaricdə qeyri-qanuni silahlı birləşmələrə qoşulan azərbaycanlı olmayıb"
"Azərbaycanda dini sahədə sabitlik mövcuddur və bu sahədə aparılan işlər Azərbaycanda dini radikal qrupların bazasının tam zəifləməsinə və tədricən onların aradan qalxmasına gətirib çıxaracaq".
Keçmiş "Qalatasaray"lı komadan ayıldı
İki gün öncə beyin qanaması keçirən sabiq futbolçu Riqober Sonq komadan ayılıb. Apasport.az xəbər verir ki, Kamerun yığmasının heyətində ən çox (137) oyun keçirən keçmiş müdafiəçi süni nəfəs aparatından azad olub.
Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
Bu ilin yeddi ayı ərzində 1171 azərbaycanlı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub. Bu barədə azvision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
İrem Dericinin keçmiş əri əsəbləşdi: "Sonuncu dəfə olsun"
Müğənni İrem Dericinin keçmiş həyat yoldaşı Rıza Esendemir dünən dostları ilə birgə görüntülənib.
Cüneyt Çakır Uelsin oyununa təyinat aldı
Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azərbaycan Milli Məclisinin payız sessiyasında növbəti plenar iclası oktyabrın 14-də olacaq.
"İsgəndər"lər döyüş hazırlığı vəziyyətinə gətirildi
"İsgəndər-M" taktiki ballistik raket sistemləri ilə təchiz olunmuş Rusiya Qərb Hərbi Dairəsinin raket briqadası 2016-cı ilin yekun yoxlamaları çərçivəsində döyüş hazırlığı vəziyyətinə gətirilib.














