İrem Dericinin keçmiş əri əsəbləşdi: "Sonuncu dəfə olsun"
Müğənni İrem Dericinin keçmiş həyat yoldaşı Rıza Esendemir dünən dostları ilə birgə görüntülənib.
4 Oktyabr 2016 12:02 DünyaMüğənni İrem Dericinin keçmiş həyat yoldaşı Rıza Esendemir dünən dostları ilə birgə görüntülənib.
Axşam.az bildirir ki, o, jurnalistlərlə səmimi söhbət edib. Radioda çalışan Rıza İremlə bağlı suala gəlincə isə əsəbləşib:
"Dostlar, o səhifə artıq mənim üçün bağlandı. Xahiş edirəm, onu bir daha məndən soruşmayın. Hər kəs öz yoluna getdi. Bu, sonuncu dəfə olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31