Keçmiş "Qalatasaray"lı komadan ayıldı

İki gün öncə beyin qanaması keçirən sabiq futbolçu Riqober Sonq komadan ayılıb. Apasport.az xəbər verir ki, Kamerun yığmasının heyətində ən çox (137) oyun keçirən keçmiş müdafiəçi süni nəfəs aparatından azad olub.

İki gün öncə beyin qanaması keçirən sabiq futbolçu Riqober Sonq komadan ayılıb.

Apasport.az xəbər verir ki, Kamerun yığmasının heyətində ən çox (137) oyun keçirən keçmiş müdafiəçi süni nəfəs aparatından azad olub.

Hazırda reanimasiyada həkim nəzarətində olan Sonqun vəziyyətinin yaxşılaşıb-yaxşılaşmayacağı ilə bağlı məlumat verilmir.
 
Qeyd edək ki, karyerası ərzində "Liverpul", "Qalatasaray" və "Trabzonspor" kimi klubların da formasını geyinmiş Sonq bazar günü səhər saatlarında evində insult keçirmişdi. Dərhal xəstəxanaya çatdırılan kamerunlunun komaya düşdüyü bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31