Cüneyt Çakır Uelsin oyununa təyinat aldı
Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-in seçmə mərhələsinin oyununa təyinat alıb.
4 Oktyabr 2016 12:00 İdmanTürkiyəli hakim Cüneyt Çakır DÇ-2018-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Qol.az xəbər verir ki, o, D qrupunun Avstriya - Uels matçını idarə edəcək. Cüneyt Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.
Qeyd edək ki, Avstriya - Uels görüşü oktyabrın 6-sı keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31