Yol nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyası aparılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” adlı layihə həyata keçirir.
4 Oktyabr 2016 12:24 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" adlı layihə həyata keçirir. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, QHT və KİV nümayəndələrinin birgə iştirakı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı-Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda, Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiyə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Layihənin icrası zamanı qaldırılmış mövcud avtomobil qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, adiyyəti olan dövlət qrumlarının, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Tibbi-Sosial Ekispertiza Komissiyalarının, QHT-nın, KİV-nin nümayəndələrinin və avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.